Azərbaycanlı tələbələrdən Fransada baş verən hadisələrə etiraz – VİDEOSU

GƏNCLİK
13:43 14.01.2015
2432
“Sizdən kilometrlərlə uzaq olsaq da, ağrınızı bölüşürük”
Azərbaycanlı tələbələr Fransada baş verən hadisələrə etirazlarını video çarx çəkərək terrora son qoyub, insanları birlik nümayiş etdirməyə çağırıb.
AZXEBER.COM xəbər verir ki, Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsinin tələbələri bununla bağlı sosial çarx hazırlayıblar.
Videoda tələbələr ingilis dilində “Bədənləri məhv edə bilərlər, ancaq fikirlər heç vaxt məhv olmur”, “Sizdən kilometrlərlə uzaq olsaq da, ağrınızı bölüşürük”, “Biz insanıq”, “Biz terrora qarşıyıq”, fransız dilində isə “Biz sizin yanınızdayıq” kimi şüarlar səsləndiriblər.
Qeyd edək ki, yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum nəticəsində 12 nəfər ölüb, 11 nəfər yaralanıb.
Tələbələrin hazirladığı həmin video çarxı təqdim edirik:
Günel

OXŞAR XƏBƏRLƏR