Azərbaycanlı vəkilin oğlu Rusiyada həbs edildi

Azərbaycanlı vəkilin oğlu Rusiyada həbs edildi
SOSİAL
16:40 15.06.2026
605
Rusiyada qalmaqalları ilə tanınan azərbaycanlı vəkil Elman Paşayevin oğlu Elvin "qara rieltorlar" işi çərçivəsində saxlanılıb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, 26 yaşlı Elvin fevral ayından etibarən xüsusilə külli miqdarda dələduzluq ittihamı ilə istintaq təcridxanasındadır. Lakin məhkəmə sənədlərindən aydın olur ki, onun həbsinə səbəb olan cinayət işi 2025-ci ilin oktyabrında Moskvadakı mənzillərdən birinin sahibinin itkin düşməsindən sonra qətl maddəsi ilə açılıb. Həmin mənzili Elvinin atası Elman Paşayev öz həbsindən əvvəl əldə etmişdi. Hazırda Elman Paşayev səs-küylü cinayət işlərinin həlli üçün milyonlar alıb faktiki olaraq heç bir iş görmədiyinə görə Donetskdə mühakimə olunur.

Məlumata görə 2024-cü ildə hərbi əməliyyatlar zonasında olarkən Elman Paşayev guya problemli mənzili A.V.Zaxarçenko adına 5-ci motoatıcı briqadanın hərbçilərindən birinin adına rəsmiləşdirmək barədə razılığa gəlib. Bu əmlakın arxasında "qara rieltorlar"ın izi var idi - mənzilin sahibi itkin düşmüş və tapılmamışdı, mülkün Elmanın əlinə necə keçdiyi isə hələlik məlum deyil.

"Lakin istintaq təcridxanasına düşdükdən sonra Elman hərbçinin mənzili özündə saxlayacağından narahat olmağa başlayıb və onu daşınmaz əmlakı oğluna dövr etməyə inandırıb. Bir müddət sonra ev sahibinin cəsədi tapılıb - ilkin məlumata görə, cəsəd hissələrə ayrılıb. Mənzilin adına rəsmiləşdirildiyi hərbçi dindirilib və oğul Paşayev "qara rieltorlar" işi üzrə istintaqa cəlb edilsə də, ona yalnız dələduzluq ittihamı irəli sürülüb. Biz onun anası Alyona ilə əlaqə saxlasaq da, o, şərh verməkdən imtina etdi", - deyə məlumatda qeyd olunub.

2024-cü ilin noyabrında Elvinin şirkət hesablarına dondurulma tətbiq edilib, hazırda "MHK Elman qrupp" MMC-nin 53 min rubl (1 240 AZN - red.) vergi borcu var və borcun ödənilməməsinə görə hesablar bloklanıb, eləcə də atası ilə birgə təsis etdiyi "Paşayev fondu"nun hesabları bəyannamə təqdim edilmədiyi üçün bağlanıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsak Hacar: Bakıdakı podiumdan çox məmnunam
17:52 26.09.2026
İsak Hacar: Bakıdakı podiumdan çox məmnunam
İran Ali Milli Təhlükəsizlik Şurası: Hava məhdudiyyətlərinin aradan qaldırılması üzrə danışıqlar davam edir
17:48 26.09.2026
İran Ali Milli Təhlükəsizlik Şurası: Hava məhdudiyyətlərinin aradan qaldırılması üzrə danışıqlar davam edir
Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı
17:43 26.09.2026
Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
17:31 26.09.2026
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib
17:25 26.09.2026
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib
Afinada yaşayış binasında güclü partlayış nəticəsində ölənlər var
17:20 26.09.2026
Afinada yaşayış binasında güclü partlayış nəticəsində ölənlər var
Tramp: İran nüvə silahına sahib ola bilməz
17:10 26.09.2026
Tramp: İran nüvə silahına sahib ola bilməz
Kilian Mbappe zədələnib
17:04 26.09.2026
Kilian Mbappe zədələnib
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu
16:56 26.09.2026
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu
Makron 2027-ci ildən sonra yenidən prezidentliyə namizədliyini istisna etməyib
16:53 26.09.2026
Makron 2027-ci ildən sonra yenidən prezidentliyə namizədliyini istisna etməyib
İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
16:48 26.09.2026
İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
Mark Rutte: Putin NATO üçün uzunmüddətli təhdidə çevrilib
16:45 26.09.2026
Mark Rutte: Putin NATO üçün uzunmüddətli təhdidə çevrilib
Daha 3 pilot Formula 1-də mübarizəni dayandırdı
16:41 26.09.2026
Daha 3 pilot Formula 1-də mübarizəni dayandırdı
Çin XİN: Si Cinpin ABŞ-ı Tayvanın müstəqilliyinə qarşı mövqeyini qorumağa çağırıb
16:34 26.09.2026
Çin XİN: Si Cinpin ABŞ-ı Tayvanın müstəqilliyinə qarşı mövqeyini qorumağa çağırıb
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
16:27 26.09.2026
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
“Bu, ölkəmizin inkişaf strategiyasının tərkib hissəsidir” - Anar Əliyev
16:23 26.09.2026
“Bu, ölkəmizin inkişaf strategiyasının tərkib hissəsidir” - Anar Əliyev