AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, Azərbaycan xilasediciləri tərəfindən Türkiyənin Erciş şəhərində aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 15 və 17 yaşlarında iki gənc xilas olunub. Daha 2 cəsəd çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.Bununla da Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 12 nəfər xilas edilib. 54 cəsəd dağıntılar altından tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.