Azərbaycanlılar 8 min manata görə öz həmyerlilərini öldürdülər
Bütün Xəbərlər
17:37 02.11.2012
1426
Sankt-Peterburqda iki azərbaycanlı biznesmenin qətlini sifariş verən və qətli həyata keçirən banda həbs edilib. Lent.az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, Əlibala Əliyev, Kamil Quliyev və Zamin İsmayılov adı istintaq sirrinə görə açıqlanmayan azərbaycanlının sifarişi ilə öz həmyerlilərini qətlə yetiriblər.Məlumata görə, onlar 300 min rubl (təxminən 8 min manat) müqabilində Azərbaycan vətəndaşı olan iş adamını öldürüblər. Amma ən dəhşətlisi odur ki, onların öldürdükləri sifariş verilən şəxs olmayıb. Bundan sonra dəstə hərəkətə keçərək qətli sifariş olunan şəxsi öldürüblər. Həmin şəxs də Peterburqda bizneslə məşğul olan azərbaycanlı iş adamıdır.