Azərbaycanlılar gey və lezbiyanları bəyənmirlər

Azərbaycanlılar gey və lezbiyanları bəyənmirlər
Bütün Xəbərlər
18:45 16.05.2014
1670

Ötən mart ayından eynicinslilərin evlənməsinə Klikləyin qanunla icazə verilib.

Britaniya mətbuatı yazır ki, Birləşmiş Krallıq rəy sorğusunun nəticələrinə görə Avropada homoseksualların haqları sahəsində 1-ci yeri tutub.

“Göy Qurşağı Avropa” (The Rainbow Europe) adlı rəy sorğusunu Beynəlxalq Lezbiyan, Gey, Biseksual, Transvestit və İnterseks Assosiasiyasının (International Lesbian, Gay, Bisexual, Trans and Intersex Association - ILGA) 49 ölkədə apardığı bu rəy sorğusundan bəlli olub ki, Britaniya LGBT icmasının rahat yaşaması üçün ən yaxşı şərait və qanunvericilik mühitini yarada bilib.

82 bal toplayan Birləşmiş Krallıq bütün 6 kateqoriya üzrə - bərabərlik və qeyri-diskriminasiya, ailədə münasibət, qərəzli nitqlər və zorakılıq, cins təsnifatının rəsmən tanınması, toplaşma, təşkilatlanma və iradə azadlığı və sığınacaq kateqoriyalarının hamısında yüksək göstəricilərə malikdir.

Britaniyanın ötən illə müqayisədə göstəriciləri ona görə yaxşılaşıb ki, ötən mart ayından eynicinslilərin evlənməsinə Klikləyin qanunla icazə verilib.

İkinci yerdə Belçika (78 faiz), sonrakı yerlərdə İspaniya (73 faiz), Hollandiya, Norveç və Portuqaliya (hər biri 70 faiz), İsveç, Fransa və İslandiya (hər biri 65 faiz) gəlir.

Altı faiz alan Rusiya LGBT icmasından olanların yaşaması üçün ən namünasib ölkə sayılır. Onun ardınca olan yerləri Azərbaycan (7 faiz), Ermənistan (9 faiz) və Monako (10 faiz) tutublar.

Cənubi Qafqazda geylər üçün ən münasib ölkə 26 faizlə Gürcüstandır.

Mayın 17-si Beynəlxalq Homofobiya və Transfobiyaya Qarşı Mübarizə Gününə həsr olunmuş rəy sorğusu göstərib ki, LGBT icmasının hüquqlarının təminatı üzrə orta Avropa göstəricisi 36 faizdir. Bu rəqəm ayrılıqda Avropa İttifaqında 46 faiz olub.

Bununla belə, rəy sorğusunu keçirənlər deyirlər ki, LGBT icmasına qarşı diskriminasiya bütün Avropa boyunca hələ də davam edir.(oxu.az)

OXŞAR XƏBƏRLƏR