Azərbaycanlılara Avropanı unutduran məkan - 'Xəzri'

Azərbaycanlılara Avropanı unutduran məkan -
Bütün Xəbərlər
11:56 03.09.2012
2260
Əsası 2012-ci ilin mayın 16-da qoyulan və açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən baş tutan Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinin fəaliyyəti orada istirahət edən vətəndaşlar tərəfindən yüksək razılıqla qarşılanır. Ölkəmizdəki turizm obyektlərinin vəziyyətini araşdıran Qaynar.info-ya bu barədə istirahət mərkəzinin qonağı olan vətəndaşlar məlumat verib. Onların sözlərinə görə, çox qısa müddətdir ki, fəaliyyətə başlamasına baxmayaraq, “Xəzri” burada istirahət edənlərə möhtəşəm görüntüsü, yüksək səviyyəli şəraiti, peşəkar və xoş personalı ilə əsl Avropanı xatırladır. Xəzər dənizinin sahili boyunca uzanan füsunkar Zağulba ərazisində yerləşən bu mərkəzdə qonaqların istirahətinin rahat və əyləncəli təşkil edilməsi, müştəri məmnuniyyətinin təmin edilməsi üçün Avropanın brend istirahət istirahət komplekslərində görməyə öyrəşdiyimiz infrastruktur qurulub, xidmət göstərilir. Əvəllər bu abu-havanı görmək üçün müxtəlif ölkələrə getməli olan vətəndaşlar indi bütün bu şəraiti “Xəzri”də görə bilərlər.

13,5 hektar ərazidə salınan “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində yeddimərtəbəli əsas korpus, nəzarət-buraxılış məntəqəsi, konfrans bölməsi, idman meydançaları, açıq və qapalı hovuzlar, xüsusi çimərlik sahəsi, ikimərtəbəli kotteclər, dəniz kənarında müxtəlif iaşə obyektləri və digər istirahət guşələri yaradılıb. İnşa edilmiş bina və qurğuların ümumi sahəsi 30 min kvadratmetrdir. Həm mərkəzin qarşısında, həm də sahil boyu ərazidə göz oxşayan geniş yaşıllaşdırma işləri aparılmışdır. Dəniz gəzintisi üçün xüsusi ərazi var. “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzi bütün zəruri mühəndis-kommunikasiya və müasir işıqlandırma sistemləri ilə təchiz olunmuşdur. Mərkəzin ərazisindəki yollar da yenidən qurulub.

Müasir memarlıq üslubunda inşa olunmuş yeddimərtəbəli binanın ümumi sahəsi 25 min kvadratmetrə yaxındır. Burada 328 yerlik yataq və istirahət otaqları yaradılmışdır. Binanın foyesində və birinci mərtəbəsində istirahət guşələri qurulmuşdur. Mərkəzdə müasir tələblərə cavab verən iaşə obyektləri inşa olunmuşdur. Müxtəlif beynəlxalq və yerli tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 400 nəfərlik konfrans zalında hər cür şərait vardır. Burada fitnes və ən müasir idman avadanlığı quraşdırılıb, uşaqlar üçün əyləncə mərkəzi fəaliyyət göstərir.

Mərkəzin dənizə baxan hissəsində 160 kvadratmetr ərazidə dekorativ su hovuzu inşa olunub. Ərazidə əsas korpusla yanaşı, ikimərtəbəli 8 kottec tikilmişdir. Açıq havada yaradılan iki su hovuzu həm böyüklər, həm də kiçiklər üçün nəzərdə tutulub. Mərkəzdə qonaqların istirahətinin yüksək səviyyədə təşkili məqsədi ilə sahilə yaxın ərazidə ilin müxtəlif mövsümlərində iaşə obyektləri fəaliyyət göstərəcəkdir. Bu istirahət guşələri də müasir standartlar səviyyəsində qurulub. Dəniz gəzintisinə çıxmaq istəyənlər qayıqlardan istifadə edə biləcəklər. İstirahət məkanını dənizin çimərliyi tamamlayır.

Bu çimərlik dağlarla çarpışaraq, möcüzəli girinti-çıxıntılı qayalıqlarla daha da cazibədar görünərək təbiət və gözəllik vurğunlarını qoynuna səsləyir. Dənizin narın qızılı qumu və sərinliyi istirahətçilərə ruhən sakitlik, dinclik, rahatlıq-sağlamlıq bəxş edir.

Müştəri məmnuniyyətinin yaradılmasında əsas şərt olan qonaqlara xidmət mexanizmi də çox qısa müddətddə “Xəzri” ən nümunəvi formada qurulub. 167 nəfərlik personalın burada istirahət edənlərlə yaratdığı xoş ünsiyyət, göstərdiyi yüksək diqqət, verilən sifarişlərin operativ və qüsursuz formada icra olunması  bu istirahət mərkəzini fərqləndirən əsas məqamlardandır. Eyni zamanda qonaqlara təqdim olunan qida menyusu və onun yüksək keyfiyyəti də diqqətdən yayına bilməz.

Bir sözlə, Azərbaycanımızın gözəl təbiətiylə bu məkanın möhtəşəmliyi vəhdət təşkil edir. “Xəzri”nin sakinləri burada istirahət edənlər üçün yaradılmış hərtərəfli yüksək şəraitə görə, ölkə prezidenti İlham Əliyevə və Daxili İşlər naziri Ramil Usubova öz təşəkkürlərini çatdırırlar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan haqda fikirlərinə görə tənqid olunan Misir Mərdanov: “Mən olanı demişəm”
16:47 15.08.2025
Paşinyan haqda fikirlərinə görə tənqid olunan Misir Mərdanov: “Mən olanı demişəm”
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
16:40 15.08.2025
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
16:36 15.08.2025
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
16:27 15.08.2025
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
16:22 15.08.2025
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
16:20 15.08.2025
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib