Azərbaycanlıların ən çox yediyi qidalar - SİYAHI

Azərbaycanlıların ən çox yediyi qidalar -  SİYAHI
Bütün Xəbərlər
15:32 02.04.2014
1170
Bəzi məhsullardan imtina etmək mümkün deyil. İnsanların əksəriyyəti fəsildən asılı olmayaraq, gündəlik qida rasionlarında ət məhsullarına üstünlük verirlər. Meyvə-tərəvəz yarım saata, düyü 1 saata, yumurta və təzə süd 2 saata həzm olunduğu halda, ət 5-6 saata həzm olunur. Məhz ətin həzmə getmədən mədədə çox qalması insanda yalançı “toxluq” yaradır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov insanların ən çox istifadə etdiyi ərzaqları aşağıdakı kimi sıralayıb:
Su, süd və süd məhsulları, meyvə-tərəvəz, bitki mənşəli məhsullar, ət və ət məhsulları, şirələr, çaylar.
AİB sədri bildirib ki, ümumilikdə istehlak olunan məhsulların 60 faizi yerli, 40 faizi xarici istehsalın hesabına ödənilir: “Xaricdən daha çox meyvə-tərəvəz idxal olunur. Sıralamada daha sonra ət və ət məhsullarıdır. Bunların içində isə təbii olaraq kolbasa və sosiskalar üstünlük təşkil edir”.(modern.az)
OXŞAR XƏBƏRLƏR