Azərbaycanlının Rusiyada qeyri-adi oğurluğu - VİDEO

Azərbaycanlının Rusiyada qeyri-adi oğurluğu -  VİDEO
Bütün Xəbərlər
00:31 18.04.2014
2475

Baş verən hadisələr müşahidə kameraları ilə lentə alınıb.

Azərbaycan vətəndaşı Rusiyanın Voloqda şəhərində qəribə oğurluq hadisəsi törədib.

Mağazalardan lotereya satışı terminalı oğurlanıb. Məlumata görə, naməlum şəxs texniki işçi adı ilə mağazalarda quraşdırılan aparatları hamının gözü qarşısında aparıb.

O, aparatları təmir adı ilə yük maşınlarına qoyaraq uzaqlaşıb.

İki gün ərzində eyni üsulla 11 terminal oğurlanıb. Məlumata görə, azərbaycanlı bu işi təkbaşına edib. Ancaq hadisə anı heç bir şeydən xəbəri olmayan müştərilər və ya mağaza işçiləri aparatları maşına daşımağa kömək ediblər.

Baş verən hadisələr müşahidə kameraları ilə lentə alınıb.

Adı açıqlanmayan kişi terminalları içərisindəki pulları oğurlamaq məqsədilə aparıb. Pulları götürəndən sonra isə aparatı metal qəbulu məntəqəsinə verib. Onun vurduğu ziyan 1 milyon rubl dəyərində qiymətləndirilir.

Faktla bağlı istintaq başlanıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR