Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ: Çolpon-Ata Bəyannaməsi

Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ: Çolpon-Ata Bəyannaməsi
SİYASƏT
10:14 03.08.2026
193
Çolpon-Ata Bəyannaməsi Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında dostluq, qarşılıqlı etimad və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir.

Bəyannamə siyasi, iqtisadi, nəqliyyat, enerji, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır. Ortaq tarixə, dilə və mədəni dəyərlərə söykənən münasibətlər regionda həmrəyliyin möhkəmlənməsinə, qarşılıqlı etimadın güclənməsinə və dayanıqlı inkişafın təmin olunmasına mühüm töhfə verir.

Çolpon-Ata Bəyannaməsi Azərbaycan–Mərkəzi Asiya münasibətlərində yeni əməkdaşlıq mərhələsinin əsasını qoymaqla yanaşı, türk dünyasında birlik, həmrəylik və strateji tərəfdaşlığın daha da gücləndirilməsi baxımından mühüm siyasi əhəmiyyət daşıyır.
 
Müəllif: Səbuhi Həsənov
Göygöl Rayon İcra Hakimiyyəti başçısının Əlimədədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

OXŞAR XƏBƏRLƏR