Azərbaycan–Yaponiya Dostluq Mərkəzi yalançı erməni soyqırımı ilə bağlı bəyanat yayıb - FOTO

Azərbaycan–Yaponiya Dostluq Mərkəzi yalançı erməni soyqırımı ilə bağlı bəyanat yayıb - FOTO
SİYASƏT
19:44 24.04.2021
590
Tokio şəhərində fəaliyyət göstərən Azərbaycan–Yaponiya Dostluq Mərkəzi ermənilərin soyqırımı iddialarının əsassız və saxta olması ilə bağlı bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZXEBER.COM-a verilən məlumata görə, Mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər bildirib ki, bəyanat Yaponiya parlamentinə, hökumətinə, kütləvi-informasiya vasitələrinə, beyin mərkəzlərinə və qeyri-hökumət təşkilatlarına ünvanlanıb. Bəyanatda qeyd edilib ki, tarixi mənbələr 1915-ci ildə baş verən hadisələr zamanı məhz ermənilərin milli və dini mənsubiyyətinə görə silahsız, əliyalın türklərə divan tutduğunu, minlərlə türk-müsəlman kəndlərini yandırdığını, on minlərlə dinc sakini qətlə yetirdiyini göstərir.
Sənəddə qondarma "soyqırımı" məsələsinin ermənilər tərəfindən uydurulduğu vurğulanmaqla yanaşı, Ermənistanın 30 ilə yaxın müddət ərzində əzəli Azərbaycan torpaqlarını işğal etdiyinə, ötən ilin payızında baş vermis 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə diqqət cəlb olunub. Nəzərə şatdırılıb ki, müharibə başa çatsa da rəsmi İrəvan Ermənistan ordusu tərəfindən Azərbaycanın Qarabağ bölgəsində basdırılmış çoxlu sayda minalar barədə xəritələri indiyədək ölkəmizə təhvil verməkdən imtina edir, beynəlxalq humanitar hüququ kobudcasına pozur, öz beynəlxalq öhdəliklərinə əməl etmir. Beləliklə də Ermənistan hökumətinin etnik azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtmasına əngəl törətməyə çalışdığı və bununla da daha bir hərbi cinayətə yol verdiyi bildirilib.

Azərbaycan–Yaponiya Dostluq Mərkəzi dünya ictimaiyyətini Ermənistanın beynəlxalq öhdəliklərini pozmasına, minaların xəritələrini Azərbaycana təhvil verməkdən imtina etməsinə göz yummamağa çağırıb.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirə etdilər
20:06 10.10.2026
Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirə etdilər
ABŞ-də atışma: ölənlər var
19:56 10.10.2026
ABŞ-də atışma: ölənlər var
Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır
19:42 10.10.2026
Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır
Zelenski: Ukrayna yaxın günlərdə F-16 qırıcıları üçün sursat alacaq
19:34 10.10.2026
Zelenski: Ukrayna yaxın günlərdə F-16 qırıcıları üçün sursat alacaq
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
19:29 10.10.2026
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
19:22 10.10.2026
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
19:16 10.10.2026
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
19:10 10.10.2026
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
Ferstappen "Formula 1" üzrə Sinqapur Qran-prisinin təsnifat mərhələsini qazanıb
19:06 10.10.2026
Ferstappen "Formula 1" üzrə Sinqapur Qran-prisinin təsnifat mərhələsini qazanıb
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
19:00 10.10.2026
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
18:55 10.10.2026
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
18:49 10.10.2026
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Nazir Məcnun Məmmədov Çində səfərdədir
18:43 10.10.2026
Nazir Məcnun Məmmədov Çində səfərdədir
Husilər yenidən Ər-Riyad aeroportuna hücum edib
18:41 10.10.2026
Husilər yenidən Ər-Riyad aeroportuna hücum edib
Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
18:36 10.10.2026
Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var
18:30 10.10.2026
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var