‘Azercell’ abunəçilərini aldadan fırıldaqçılar peyda oldu

‘Azercell’ abunəçilərini aldadan fırıldaqçılar peyda oldu
Bütün Xəbərlər
13:28 29.04.2014
1307

“Azercell” abunəçilərini aldadan fırıldaqçılar peyda olub.

Bu barədə adıçəkilən mobil operatorun istifadəçiləri məlumat verib. Aldadılan abonentlərin əsasən “Azercell”in abunə xidmətindən istifadə edənlər olduğu qeyd edilir.

Fırıldaqçılar xidmətlərində olan, ancaq başqa adamın adına qeydiyyata alınmış nömrələrdən (sonradan nömrə ilə onları rahat tapmaq mümkün olmasın deyə) fakturalı xətt nömrələrinə sms yazaraq, onların balansına müxtəlif məbləğdə pul yükləndiyi bildirişini göndərirlər. Mesajın mətni bir nömrədən digərinə kontur yüklənən zaman “Azercell” şirkətindən gələn mesajla tam eynilik təşkil edir. Azacıq diqqətsizlik etmək kifayətdir ki, aldanasan. Belə ki, həqiqətən balansa pul yüklənilməsi barədə mesaj alarkən mesaj “Azercell” ünvanından gəlir. Göz aldanışı ilə “Azercell”dən gələn mesajlara vərdiş etmiş abonentlər isə bəzun mesajın mətninə baxır, “göndərən” ünvanın kimliyinə diqqət etmir və beləliklə də fırıldağın qurbanına çevrilirlər.

“Sim” nömrələrdən fərqli olaraq, fakturalı xətt nömrələrinin balansından istənilən zaman pul köçürməsini həyata keçirmək mümkün olduğu üçün fırıldaqçılar mesaj göndərdikləri abonentə zəng edərək, guya “yanlış olaraq” onların balansına pul köçürdüklərini bildirir və məbləğin geri göndərilməsini xahiş edirlər.

Fırıldaq nəticəsində ziyana düşən abonentlər telefonlarına gələn mesajların əslində kontur yükləməsi barəsində “Azercell”in göndərdiyi məlumat olmadığını və fırıldağın qurbanı olduğunu bildikdə artıq gec olur. SMS gələn nömrələrdən onların zənglərinə və mesajlarına cavab verilmir və aldanmış nömrələr fırıldaqçılar tərəfindən filtrləmə vasitəsi ilə qadağan olunmuş zənglər siyahısına əlavə edilir. 

Mövzunu davam etdirəcəyik. (axar.az)

OXŞAR XƏBƏRLƏR