Azercell “Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarının tətbiqinə artıq hazırdır!

Azercell “Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarının tətbiqinə artıq hazırdır!
İQTİSADİYYAT
14:55 16.03.2021
616
"Əşyaların İnterneti” (İOT) texnologiyaları əsasında az enerji tələbatlı sensorların çalışa biləcəyi şəbəkəsi olan ilk şirkət Azercell oldu

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırığa əsasən azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyasına əsaslanmalı, dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunmalıdır. Bu konsepsiya ilə bağlı "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrində müxtəlif həllərdə istifadə ediləcək qurğuların internet bağlantılarının təmin olunması üçün lazım olan şəbəkə infrastrukturunu ilk olaraq sınaqlar həyata keçirərək hazır vəziyyətə gətirən Azercell şirkəti oldu.

Yeni texnologiyaların tətbiqi ilə istifadəçilərinin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağı hədəfləyən Azercell Telekom «Ağıllı şəhər» və "Ağıllı kənd" layihələrində iştirakı ilə də bu məqsədə xidmət edəcək. Qeyd olunan konsepsiyanın infrastrukturu yüksək texnologiyalar əsasında qurulur və bu layihələrdəki xidmətlərin çalışmasında istifadə edilən qurğuların bir qismi Azercell-in hal-hazırkı 2G/3G/LTE şəbəkəsi üzərindən fəaliyyət göstərə bilər, lakin bəzi həllərdə az enerji tələbatı olan (məsələn, kiçik batareyalarla çalışan) xüsusi sensor və qurğuların (məsələn, su/qaz sayğacı, kənd təsərrüfatında istifadə edilən sensorlar və s.) istifadəsi ilə rəqəmsal məlumatların mərkəzi sistemə ötürülməsi lazım gəlir. Mobil operatorlar bu tipli sensor və qurğuları dəstəkləmək üçün LTE şəbəkəsində "az enerji tələbatlı şəbəkə” funksiyasını (NB-IoT – Narrow-Band Internet of Things) təklif edir. Azercell Telekom da bu imkanı şəbəkəsinə tətbiq edərək lazımi sınaq testlərini keçirərək, abunəçilərinə xidmət və əməkdaşlığa hazır vəziyyətə gətirmişdir.

Bu gurğulara dünyada geniş tətbiq edilən aşağıdakı cihazları misal çəkmək olar:

· Qapı sensorları - bəzən maqnit sensorlar və ya giriş sensorları olaraq da adlandırılır. Bu sensorlar izləmə sistemlərində bir qapının açıq olub-olmadığını bildirən və ya təhlükəsizlik sistemlərini daha da təkminləşdirilməsində və yüksək keyfiyyətinin təmin olunmasında əhəmiyyətli rol oynayan cihazlardır.

· Su və ya yanacaq səviyyəsini ölçən sensorlar - açıq və ya yeraltı rezervuarlar üçün xüsusilə uyğundur. Çənin üst hissəsi ilə su və ya yanacaq səviyyəsi arasındakı maye səviyyəsini ölçməyə imkan verir.

· Qaz sensoru - az enerji sərfiyyatı tələb edən qaz sensorları qaz aşkarlama sistemi, sızıntını aşkar etmək və istifadəçini sızıntının qarşısını almaq üçün xəbərdar etmək üçün istifadə olunur.

· Dayanacaq yerlərini, ayrılmış yerlərin doluluğuna nəzarət etməyə imkan verən "ağıllı” park sensoru.

· "Ağıllı” izləyici sensor - IoT-a əsaslanan texnoloji həllər vasitəsilə malların və istehsal aktivlərinin izlənməsi, xərclərin azalması və qənaət baxımından şirkətlər üçün çox əlverişlidir.

· Yalnız dolmuş tullantı qutularının toplanmasına və nəticədə real vaxt monitorinqi və daha əlverişli marşrut planlamağa şərait yaradan "ağıllı" tullantı qutuları sensoru.

«Ağıllı şəhər» və "Ağıllı kənd"də enerji resurslarından daha səmərəli istifadə olunduğundan proseslərin ətraf mühitə və insan sağlamlığına verdiyi mənfi təsir minimuma endirilir. Bu sistemlərin əsas ideyası inzibati ərazilərin bütün mümkün xidmət və obyektlərini vahid kompüterləşdirilmiş sistemdə birləşdirib idarə etməkdir. Müxtəlif elektronik və rəqəmsal metodlardan, sensorlardan istifadə olunaraq toplanılmış məlumatlardan istifadə edərək aktivlərin və resursların səmərəli istifadəsi təşkil olunur.

«Ağıllı şəhər» və "Ağıllı kənd" konsepsiyası özünün müxtəlif üstünlükləri və müsbət cəhətləri sayəsində gələcəkdə sözsüz ki, meqapolislərin, habelə orta və kiçik şəhərlərin ayrılmaz hissəsinə çevriləcəkdir. "Ağıllı” sistemlərin tətbiqi ekologiya mühitinin yaxşılaşdırması, vaxta qənaət, təhlükəsizlik xərclərin azalması, ümumiyyətlə şəhərin daha effektiv fəaliyyəti, kənd təsərrüfatının ən müasir texnologiyalar əsasında inkişafı, yüksək məhsuldarlıq deməkdir.

Azercell gələcək texnologiyalar dünyasında istifadəçilərinin bələdçisi olaraq müasir zamanda IoT (Əşyaların İnterneti) tərəfindən təqdim olunan məhdudiyyətsiz imkanlar və telekommunikasiya texnologiyaları vasitəsilə onlara daha rahat, "ağıllı” mühitdə işləmək və yaşamaq imkanı açır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya İran probleminin diplomatik həllinə kömək etməyə hazırdır
21:10 21.10.2026
Rusiya İran probleminin diplomatik həllinə kömək etməyə hazırdır
Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
21:04 21.10.2026
Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
“Paris üslubunda qətliam” aranı qarışdırdı - Foto
21:02 21.10.2026
“Paris üslubunda qətliam” aranı qarışdırdı - Foto
Ukrayna ordusu 1 milyon dollarlıq PUA itirib - KİV
20:55 21.10.2026
Ukrayna ordusu 1 milyon dollarlıq PUA itirib - KİV
Husilərin İraqdakı ofisləri bağlanır
20:52 21.10.2026
Husilərin İraqdakı ofisləri bağlanır
Putinin köməkçisi: Ukrayna münaqişəsi sona yaxınlaşır
20:47 21.10.2026
Putinin köməkçisi: Ukrayna münaqişəsi sona yaxınlaşır
Katz: İran İsraildə seçkilərə təsir göstərmək üçün hücumlar təşkil edə bilər
20:43 21.10.2026
Katz: İran İsraildə seçkilərə təsir göstərmək üçün hücumlar təşkil edə bilər
Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalayıblar
20:39 21.10.2026
Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalayıblar
"Regional Su Meliorasiya"ya yeni icraçı direktor təyin olunub
20:36 21.10.2026
"Regional Su Meliorasiya"ya yeni icraçı direktor təyin olunub
Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək
20:31 21.10.2026
Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
20:27 21.10.2026
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
20:19 21.10.2026
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
Gürcüstan millisinin və "Trabzonspor"un sabiq futbolçusu vəfat edib
20:15 21.10.2026
Gürcüstan millisinin və "Trabzonspor"un sabiq futbolçusu vəfat edib
Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
20:09 21.10.2026
Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub
20:05 21.10.2026
Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub
Leyla Əliyeva uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb
20:00 21.10.2026
Leyla Əliyeva uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb