“Azercell Biznes” yenilənmiş “Biznesim” tarif planlarını və “Biznesim Klubu” loyallıq proqramını təqdim edir!

“Azercell Biznes” yenilənmiş “Biznesim” tarif planlarını və “Biznesim Klubu” loyallıq proqramını təqdim edir!
İQTİSADİYYAT
15:32 28.04.2021
535
Lider mobil operator korporativ müştərilərinə yüksəksürətli mobil internet və limitsiz şirkətdaxili zənglər ilə yanaşı, rabitə xərclərinə xüsusi endirimlər və hədiyyə smartfonlardan yararlanmaq imkanı verir.

 Ölkədə biznes ekosisteminin inkişafına dəstək olmaq məqsədi ilə "Azercell Biznes” abunəçilərinə və yeni müştərilərinə yenilənmiş "Biznesim” tarif paketlərini təklif edir. Əlçatan və sərbəst ünsiyyət üçün sərhədsiz imkanlar açan "Biznesim” tarifləri indi daha da müştəri yönümlüdür. Hər bir abunəçinin rabitə ehtiyaclarını qarşılamağı hədəfləyən bu tariflər ölkədəxili dəqiqələrdən, limitsiz korporativ zənglərdən və 4G yüksəksürətli mobil internetdən yararlanmaq üçün ən sərfəli şərtlər yaradır.

Biznesim tarif paketləri ilə yanaşı, "Azercell Biznes” öz korporativ müştərilərini yeni istifadəyə verilmiş "Biznesim Klubu”na dəvət edir. "Biznesim Klubu”nun üzvləri "Biznesim Loyallıq” proqramı ilə yanaşı, bir sıra digər üstünlüklərdən yararlana bilərlər. Belə ki, bu proqram çərçivəsində müştərilər rabitə xərclərinə endirimlər, hədiyyə telefonlar, "Azercell” Akademiyasında unikal təlimlər, korporativ tədbirlərə dəvət və digər eksklüziv təkliflər əldə edəcək.

"Azercell Telekom” MMC-nin Korporativ Seqment Biznes strukturunun B2B Məhsul Strategiyası və İdarə Edilməsi şöbəsinin rəhbəri  Nicat Əliyev bildirdi: "Ötən il ərzində bizim əsas missiyamız ən qabaqcıl və innovativ həllərimiz ilə müştərilərimizin rəqəmsal transformasiyasına dəstək olmaq idi. Pandemiya dövründə biznes seqmentinin rəqəmsal texnologiyalara uğurlu keçidini təmin etmək məqsədi ilə biz "Biznesim Veb” həllini, eləcə də sürətli internetdən faydalanmaq imkanı verən "GigaMax” limitsiz internet paketlərini yerli bazara gətirdik. Öz növbəsində, yenilənmiş "Biznesim” tarif planları abunəçilərimizi rahat, etibarlı, əlavə xərclər yaratmayan və təhlükəsiz kommunikasiya xidmətləri ilə təmin edir. Bu tarif planları sayəsində müştərilərimiz gündəlik kommunikasiya və rabitə ehtiyaclarının idarə olunmasına əlavə vaxt və resurslar sərf etməyəcək.
Bu üstünlükdən faydalanaraq abunəçilərimiz bizneslərinin inkişafına daha çox diqqət ayırıb müştərilərinə yüksək xidmət göstərməyə davam edə biləcəklər. Mən inanıram ki, yeni "Biznesim” tarif planlarımız çərçivəsində müştərilərimiz ölkənin istənilən yerində effektiv və rahat fəaliyyət üstünlüyündən yararlanacaqlar”.

"Biznesim” tarif paketləri və "Biznesim Klubu” barədə əlavə məlumatı:

https://www.azercell.com/az/corporate.html səhifəsində əldə edə bilərsiniz.

Əlavə  məlumat üçün "Azercell”in korporativ müştəriləri üçün nəzərdə tutulan Telefon Mərkəzi (*6050) ilə əlaqə saxlaya bilərsiniz.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
5 gün yağış yağacaq - Xəbərdarlıq
12:25 11.06.2026
5 gün yağış yağacaq - Xəbərdarlıq