Azercell “CyberCell Hackathon” müsabiqəsinin qaliblərini elan etdi

Azercell “CyberCell Hackathon” müsabiqəsinin qaliblərini elan etdi
İQTİSADİYYAT
14:05 31.10.2025
242
27 oktyabr 2025-ci il tarixində "Azercell Telekom” MMC və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə keçirilən "CyberCell Hackathon”un final mərhələsi baş tutub.
 
AZXEBER.COM xəbər verir ki, yarış gənc istedadlara kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarını nümayiş etdirmək, real problemlərə innovativ texnoloji həllər təqdim etmək imkanı yaradıb.

Final mərhələsində 17 komanda hazırladıqları layihələri BMU və Azercell Telekomun ekspertlərindən ibarət münsiflər heyətinə təqdim edib. Layihələr innovativlik, bazar və gəlir potensialı, kod keyfiyyəti, texniki dayanıqlılıq, kibertəhlükəsizlik tədbirləri və istifadəçi təcrübəsi kimi meyarlar əsasında qiymətləndirilib. Yekunda üç komanda qalib elan olunub.

Bağlanış mərasimində çıxış edən Azercell-in İnsan Kapitalının İdarə Edilməsi departamentinin direktoru Dilarə Hüseynova iştirakçıları təbrik edib və şirkətin "CyberCell Hackathon” kimi layihələr vasitəsilə ölkədə gənc mütəxəssislərin yetişdirilməsinə, rəqəmsal sahələrdə insan kapitalının inkişafına daima dəstək verdiyini bildirib. 

Şirkətin Təhlükəsizlik departamentinin direktoru Fuad Səfərov təqdim olunan layihələrin innovativliyini yüksək qiymətləndirərək, onların kibertəhlükəsizlik sahəsində düşünülmüş və praktik yanaşmalara əsaslandığını qeyd edib.

BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov isə bu kimi təşəbbüslərin gənclərin innovativ düşüncə və komanda bacarıqlarının inkişafına töhfə verdiyini qeyd edərək universitetin bu istiqamətdə dəstəyinin davamlı olacağını bildirib.

Birinci yerə "Reportcell” layihəsi layiq görülüb. Bu sistem istifadəçilərə zəngləri real vaxtda qiymətləndirməyə və etibarlılığını yoxlamağa imkan yaradaraq, saxta zənglərə və səs klonlama hallarına qarşı müdafiə təmin edir. 

İkinci yerin qalibi "Z-SIFR” kibertəhlükəsizlik platforması kiberinsidentləri operativ şəkildə aşkar edir, mürəkkəb məlumatları hüquqi və analitik məqsədlər üçün etibarlı hesabatlara çevirir. 

Üçüncü yeri isə "S.W.I.S.S.” platforması qazanıb. Süni intellekt əsaslı bu həll real vaxtda kiberhücumları aşkarlayır, istifadəçinin məlumatlarını təhlil edərək ehtiyaclara uyğun proqnozlaşdırıcı müdafiə təmin edir. 

Qalib komandalar müvafiq olaraq 4000, 3000 və 2000 AZN dəyərində pul mükafatı ilə təltif olunublar. 

Azercell qalib komandaları təbrik edir və onlara uğurlar arzulayır!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir