Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib

Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
İQTİSADİYYAT
16:54 25.12.2025
302
Lider mobil operator Azercell cəmiyyətin ən həssas təbəqələrindən olan uşaqların inkişafına töhfə vermək məqsədilə "Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” adlı yeni sosial təşəbbüsə başlayıb. Proqramın əsas məqsədi xüsusi qayğı və dəstək mühitində böyüyən uşaqların sosial bacarıqlarının inkişafına dəstək göstərmək və onların cəmiyyətə daha asan inteqrasiyasına şərait yaratmaqdır.

Layihənin icrasına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 1 saylı Uşaq Evi sosial xidmət müəssisəsində başlanılıb. Proqram çərçivəsində artıq iki təlim və maarifləndirici sessiya təşkil olunub. Bu sessiyalar uşaqların hərtərəfli inkişafını hədəfləyərək sosial bacarıqların formalaşdırılması, özünüifadə, yaradıcı düşüncənin təşviqi, həyat tərzi vərdişlərinin aşılanması, həmçinin rəqəmsal savadlılıq və təhlükəsizlik mövzularını əhatə edir.

Təlimlər Çikaqo Universitetinin layihə koordinatoru, gənclərin inkişafı üzrə təlimçi Gülsüm Məmmədova, eləcə də Azercell-in müvafiq sahə üzrə ekspertləri tərəfindən həyata keçirilib.

Qeyd edək ki, "Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünün mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
16:15 08.11.2026
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
16:13 08.11.2026
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
16:12 08.11.2026
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"
16:10 08.11.2026
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"