Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar

Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
İQTİSADİYYAT
13:56 30.07.2026
703
Azercell-in baş dəstəkçisi olduğu Uşaq Paralimpiya Hərəkatının yeniyetmə və gənc idmançıları 2026-cı ilin ilk yarısında beynəlxalq arenada uğurlu çıxışlarını davam etdiriblər.
 
AZXEBER.COM xəbər verir ki,  bu dövrdə gənc paralimpiyaçılar beynəlxalq turnirlərdə 9 qızıl, 12 gümüş və 13 bürünc olmaqla ümumilikdə 34 medal qazanıblar. 

İlin ilk yarışında gənc paralimpiyaçılar paraüzgüçülük, parapauerliftinq, parabadminton, parataekvondo və parakarate üzrə keçirilən beynəlxalq yarışlarda yüksək nəticələr göstəriblər. Parapauerliftinq üzrə Avropa Açıq Çempionatında milli komanda 4 qızıl, 4 gümüş və 4 bürünc olmaqla ümumilikdə 12 medal qazanaraq turnirin ən uğurlu komandalarından biri olub. Parataekvondo üzrə Avropa Çempionatında Sabir Zeynalov karyerasında ilk dəfə Avropa çempionatının gümüş medalına sahib olub.

Fərdi nailiyyətlər arasında 17 yaşlı parakarateçi Aysel Əhmədlinin WSF versiyası üzrə Şotokan Dünya Çempionatında qızıl medal əldə etməsi və 14 yaşlı parabadmintonçu Zəhra Salmanlının debüt etdiyi Dünya Çempionatında ən gənc iştirakçı kimi ilk qələbəsini qazanması xüsusi diqqət çəkib. Yeniyetmə paraüzgüçü Əli Vəliyev isə Dünya Seriyası da daxil olmaqla beynəlxalq yarışlarda qazandığı 6 medalla ilin ilk yarısının ən uğurlu gənc idmançılarından biri olub. 

Hesabat dövrünün əsas hadisələrindən biri də Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatının keçirilməsi olub. Yarışda 30-a yaxın yeniyetmə və gənc idmançı 9 müxtəlif kateqoriya üzrə bacarıqlarını nümayiş etdirib.

"Azercell Telekom” MMC 2014-cü ildən etibarən Uşaq Paralimpiya Hərəkatının baş dəstəkçisidir. Şirkətin davamlı dəstəyi sayəsində Uşaq Paralimpiya Komitəsinin fəaliyyət dairəsi genişlənib, yüzlərlə uşaq müntəzəm şəkildə idmanla məşğul olmaq imkanı qazanıb. Bu təşəbbüs ölkədə Paralimpiya Hərəkatının inkişafına töhfə verməklə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların fiziki və psixoloji inkişafına, özünəinamının və motivasiyasının artmasına, eləcə də sosial inteqrasiyasının güclənməsinə müsbət təsir göstərib.

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
17:31 03.11.2026
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
DTX əməliyyat keçirdi - Murad Fərtiyev Azərbaycana gətirildi, həbs edildi
17:15 03.11.2026
DTX əməliyyat keçirdi - Murad Fərtiyev Azərbaycana gətirildi, həbs edildi
İlon Maskdan dünyanı şoka salan proqnoz: “3 ildən sonra…”
16:57 03.11.2026
İlon Maskdan dünyanı şoka salan proqnoz: “3 ildən sonra…”
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
16:47 03.11.2026
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
“Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimat mərasimi keçirilib
16:45 03.11.2026
“Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimat mərasimi keçirilib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
16:43 03.11.2026
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
16:41 03.11.2026
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
İdman zalında gizlənən ölüm təhlükəsi: “Heç bir şikayətləri olmur, amma...”
16:31 03.11.2026
İdman zalında gizlənən ölüm təhlükəsi: “Heç bir şikayətləri olmur, amma...”
Prezidentin vəzifəyə təyin etdiyi Səbuhi Sadıqov kimdir? - DOSYE
16:24 03.11.2026
Prezidentin vəzifəyə təyin etdiyi Səbuhi Sadıqov kimdir? - DOSYE
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
16:21 03.11.2026
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
16:19 03.11.2026
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
Böyük Qayıdışda ailənin bütün üzvlərinə ev veriləcək? – Deputatdan açıqlama
16:12 03.11.2026
Böyük Qayıdışda ailənin bütün üzvlərinə ev veriləcək? – Deputatdan açıqlama
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
16:01 03.11.2026
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
15:47 03.11.2026
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
15:41 03.11.2026
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
15:24 03.11.2026
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb