Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İQTİSADİYYAT
15:24 03.11.2026
254

Azercell-in "Oflayn Qadınlar” sosial layihəsi beynəlxalq uğurlarını davam etdirir. Zorakılıqla üzləşən və ya zorakılıq riski altında olan qadınların məlumat və yardım resurslarına çıxışını asanlaşdıran təşəbbüs Daşkənd Reklam Festivalı — TAF!26-da bir qızıl və iki gümüş, Batumidə keçirilən Ad Black Sea beynəlxalq yaradıcılıq festivalında isə bir gümüş və bir bürünc mükafata layiq görülüb.

TAF!26-da "Oflayn Qadınlar” layihəsi "Sosial və KSM kampaniyaları” kateqoriyasının "Ən yaxşı sosial təsir kampaniyası” nominasiyası üzrə qızıl mükafat qazanıb. Layihə, həmçinin "Yaradıcılıq və icra ustalığı” kateqoriyasında "Ən yaxşı kreativ strategiya” və "Media kampaniyaları” kateqoriyasında "Ən yaxşı inteqrasiya olunmuş media kampaniyası” nominasiyaları üzrə iki gümüş mükafatla təltif olunub.

Regionun biznes, marketinq və yaradıcılıq sənayesi nümayəndələrini bir araya gətirən TAF!26 festivalında 2 000-dən çox iştirakçı və 70-dən çox yerli və beynəlxalq ekspert iştirak edib. Müsabiqəyə 35 nominasiya üzrə 483 kreativ layihə təqdim olunub.

Ad Black Sea festivalında isə təşəbbüs sosial təsiri və yaradıcı icrasına görə fərqlənib. "Oflayn Qadınlar” "Dayanıqlı İnkişaf Məqsədləri / İnsanlar” kateqoriyasında gümüş, "Kino sənəti / Rejissor işi” kateqoriyasında isə bürünc mükafat qazanıb. Reklam və yaradıcılıq sənayesini bir araya gətirən festivalın builki müsabiqəsində müxtəlif ölkələrdən təqdim edilmiş 400-dən çox iş qiymətləndirilib.

"Oflayn Qadınlar” zorakılıq halları və riskləri barədə hüquqi və praktiki məlumatları, eləcə də mövcud yardım mexanizmlərini qadınlar üçün daha əlçatan edən rəqəmsal platformadır. Layihənin əsas üstünlüklərindən biri platformaya internet paketi və balans olmadan da daxil olmaq imkanıdır. Azercell abunəçiləri aktiv internet paketləri və ya balanslarında vəsait olmadığı halda belə oflaynqadinlar.az saytından istifadə edərək məlumat və dəstək resurslarına çıxış əldə edə bilirlər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
17:31 03.11.2026
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
DTX əməliyyat keçirdi - Murad Fərtiyev Azərbaycana gətirildi, həbs edildi
17:15 03.11.2026
DTX əməliyyat keçirdi - Murad Fərtiyev Azərbaycana gətirildi, həbs edildi
İlon Maskdan dünyanı şoka salan proqnoz: “3 ildən sonra…”
16:57 03.11.2026
İlon Maskdan dünyanı şoka salan proqnoz: “3 ildən sonra…”
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
16:47 03.11.2026
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
“Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimat mərasimi keçirilib
16:45 03.11.2026
“Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimat mərasimi keçirilib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
16:43 03.11.2026
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
16:41 03.11.2026
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
İdman zalında gizlənən ölüm təhlükəsi: “Heç bir şikayətləri olmur, amma...”
16:31 03.11.2026
İdman zalında gizlənən ölüm təhlükəsi: “Heç bir şikayətləri olmur, amma...”
Prezidentin vəzifəyə təyin etdiyi Səbuhi Sadıqov kimdir? - DOSYE
16:24 03.11.2026
Prezidentin vəzifəyə təyin etdiyi Səbuhi Sadıqov kimdir? - DOSYE
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
16:21 03.11.2026
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
16:19 03.11.2026
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
Böyük Qayıdışda ailənin bütün üzvlərinə ev veriləcək? – Deputatdan açıqlama
16:12 03.11.2026
Böyük Qayıdışda ailənin bütün üzvlərinə ev veriləcək? – Deputatdan açıqlama
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
16:01 03.11.2026
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
15:47 03.11.2026
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
15:41 03.11.2026