“Azercell” minlərlə abunəçisini aldatdı...

“Azercell” minlərlə abunəçisini aldatdı...
Bütün Xəbərlər
13:44 15.08.2014
12047
Avqust ayının 1-dən etibarən “Azercell”in Bonus kampaniyası sona çatıb.
 
Axar.az xəbər verir ki, uzun müddətdir davam edən kampaniya başa çatmasına baxmayaraq, bununla bağlı abunəçilərə heç bir məlumat verilməyib. Kampaniyanın bitməsi ilə bağlı məlumatlandırılmayan abunəçilərin uzun müddət topladıqları xallar batıb və onlar qazandıqları bala müvafiq əldə edəcəkləri konturdan məhrum olublar.
Avqustun birinə qədər bu haqda heç bir bildiriş almayan abonentlərdən biri bu gün növbəti konturu yükləyib bonusunu yoxlayarkən belə bildiriş alıb:
“Hörmətli abunəçi! SimSim abunəçiləri üçün keçirilən Azersell Bonus kampaniyası 1 avqust 2014-cü il tarixdən dayandırılmışdır”.
Qeyd edək ki, kampaniyadan yararlanan istifadəçilər yüklədikləri hər danışıq kartına görə nəzərdə tutulmuş bonus xal əldə edirdi. Balansa yüklənən danışıq kartının qiymətindən asılı olaraq xallar da artırdı. Hər ödənilmiş 1 manat danışıq vaxtı abunəçiyə 5 xal qazandırırdı.
Əksər abunəçilər xalları toplayıb, ehtiyac olduğu zaman istifadə edirdi.
Hazırda başa çatan kampaniya uzun müddət yüklənilmiş danışıq kartlarına görə əldə edilmiş bonusları da “yeyib”. Kampaniyanın başa çatmasından hələ də bir çox abunəçi xəbərsizdir.
“Azercell”dən  kampaniyanın bitməsini təsdiqlədilər. Toplanan xalların qaytarılması ilə bağlı isə açıqlama vermədilər.
Bunu da bildirək ki, yığılan xallar 24 saat ərzində balansa əlavə olunurdu. Xallar qarşılığında fakturalı xətt nömrəsinin balansına oturdulan pul məbləğinin istifadə müddəti limitsiz idi. Qazanılan məbləğ bütün istiqamətlərdə zəng və xidmətlər üçün müvafiq tarifə uyğun istifadə olunurdu. Toplanılan xalların maksimal sayı – 999 999 idi.
Xatırladaq ki, kampaniyanın bitməsindən 13 gün keçməsinə baxmayaraq, şirkət hələ də abunəçilərə bununla bağlı məlumat vermək istəmir. İstifadəçilərin topladıqları xalların aqibətinin necə olacağı, qazanılmış konturların abonentlərə verilib-verilməyəcəyi məlum deyil. Ancaq “Azercell”ə aid 9333-dən alınan cavab mesajından bəlli olur ki, artıq bu operatordan nəsə gözləməyə dəyməz.
Həmişəki kimi aldadılan Azərbaycan vətəndaşıdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:23 25.06.2025
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
İsrailin gecə baş verən hücumları nəticəsində Qəzzada azı 21 nəfər həlak olub
07:54 25.06.2025
İsrailin gecə baş verən hücumları nəticəsində Qəzzada azı 21 nəfər həlak olub
Uitkoff: ABŞ AEBA ilə İranla mümkün nüvə sazişini müzakirə edir
07:44 25.06.2025
Uitkoff: ABŞ AEBA ilə İranla mümkün nüvə sazişini müzakirə edir
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib