Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazandı

Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazandı
İQTİSADİYYAT
12:08 03.03.2021
544
Daha bir beynəlxalq ISO – Keyfiyyətin İdarə Olunması standartı lider mobil operatorun abunəçilərinə göstərdiyi yüksək xidmət səviyyəsinin növbəti göstəricisidir

AZXEBER.COM xəbər verir ki, müştəri Xidmətləri sahəsində ölkəmizdə örnək olan "Azercell Telekom” MMC ISO 10004:2018 : Keyfiyyətin idarə olunması/Müştəri məmnuniyyətinin monitorinqi və ölçülməsi üzrə təlimatlar beynəlxalq standartına uyğunluq üzrə sertifikasiya auditini başa vuraraq məhz həmin standart üzrə ilk sertifikatını əldə etdi. "Büro Veritas Azeri” MMC tərəfindən aparılmış audit zamanı müştəri məmnuniyyətinin ölçülməsi və monitorinqi prosesi haqda ətraflı məlumat verildi. Buraya prosesin ümumi əhatə dairəsi, müştəri məmnuniyyətinin ölçülməsinin müxtəlif üsulları, əldə edilən nəticələr əsasında müvafiq tədbirlərin görülməsi və proseslərin, eləcə də xidmətlərin təkmilləşdirilməsində məlumatın istifadə edilməsi və s.kimi tərkib hissələr daxil idi.

Müasir texnologiyaların və biznes həllərin köməyilə müştərilərinin işini asanlaşdırmağı hədəfləyən Azercell hazırda öz abunəçilərinə bütün mümkün platformalar üzərindən xidmətləri təqdim edir. Şirkət sosial şəbəkələr üzrə müştərilərə göstərilən xidmət səviyyəsi, müraciətlərin cavablandırılması üzrə dəfələrlə beynəlxalq sertifikatlara layiq görülüb. Hətta, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan sərt karantin rejimində Azercell Müştəri Xidmətləri fasiləsiz olaraq onlayn şəkildə fəaliyyət göstərib, yaşı 65-dən yuxarı olan abunəçilərə isə Səyyar Müştəri Xidmətləri tərəfindən pulsuz xidmət aparılıb. Azercell-in istifadəyə verdiyi "Kabinetim” tətbiqi müştəri məmnuniyyətinin artırılması, şikayətlərin dərhal həlli istiqamətində atılmış böyük addımlardan biri olub.

ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. İndiyədək federasiya tərəfindən idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair minlərlə standartlar müəyyənləşdirilib.

Qeyd edək ki, müştərilərə göstərdiyi xidmət keyfiyyətinin ölçülməsi ilə bağlı Şirkət daha öncə ISO 10002:2018 : Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılmasına dair təlimatlar standartına uyğunluq üzrə sertifikat və ISO 18295:2017 : Əlaqə Mərkəzlərinin idarə edilməsi sahəsində uyğunluq sertifikatına layiq görülüb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya İran probleminin diplomatik həllinə kömək etməyə hazırdır
21:10 21.10.2026
Rusiya İran probleminin diplomatik həllinə kömək etməyə hazırdır
Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
21:04 21.10.2026
Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
“Paris üslubunda qətliam” aranı qarışdırdı - Foto
21:02 21.10.2026
“Paris üslubunda qətliam” aranı qarışdırdı - Foto
Ukrayna ordusu 1 milyon dollarlıq PUA itirib - KİV
20:55 21.10.2026
Ukrayna ordusu 1 milyon dollarlıq PUA itirib - KİV
Husilərin İraqdakı ofisləri bağlanır
20:52 21.10.2026
Husilərin İraqdakı ofisləri bağlanır
Putinin köməkçisi: Ukrayna münaqişəsi sona yaxınlaşır
20:47 21.10.2026
Putinin köməkçisi: Ukrayna münaqişəsi sona yaxınlaşır
Katz: İran İsraildə seçkilərə təsir göstərmək üçün hücumlar təşkil edə bilər
20:43 21.10.2026
Katz: İran İsraildə seçkilərə təsir göstərmək üçün hücumlar təşkil edə bilər
Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalayıblar
20:39 21.10.2026
Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalayıblar
"Regional Su Meliorasiya"ya yeni icraçı direktor təyin olunub
20:36 21.10.2026
"Regional Su Meliorasiya"ya yeni icraçı direktor təyin olunub
Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək
20:31 21.10.2026
Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
20:27 21.10.2026
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
20:19 21.10.2026
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
Gürcüstan millisinin və "Trabzonspor"un sabiq futbolçusu vəfat edib
20:15 21.10.2026
Gürcüstan millisinin və "Trabzonspor"un sabiq futbolçusu vəfat edib
Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
20:09 21.10.2026
Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub
20:05 21.10.2026
Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub
Leyla Əliyeva uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb
20:00 21.10.2026
Leyla Əliyeva uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb