Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir

Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir
İQTİSADİYYAT
14:58 15.09.2025
1158
Abunəçilərinə ən yüksək müştəri təcrübəsi təqdim etməyi hədəfləyən "Azercell Telekom" MMC şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi istiqamətində görülən işlərin nəticələrini açıqlayıb. Hazırda 5 milyondan çox abunəçiyə xidmət göstərən şirkətin ölkə üzrə coğrafi əhatə dairəsi 95%, əhali əhatəsi isə 98,4% təşkil edir.

AZXEBER.COM xəbər verir ki, texnoloji yeniliklər və infrastruktur layihələri çərçivəsində Azercell 2024-cü ilin yanvarından 2025-ci ilin avqustunadək ölkə üzrə ümumilikdə 700-dən çox baza stansiyanı müasir texnologiyalarla təchiz edərək təkmilləşdirib. Artan data trafikini optimallaşdırmaq və abunəçilərin ehtiyaclarını qarşılamaq məqsədilə ilə Bakı, Abşeron və Sumqayıtda 124, regionlarda isə 215 olmaqla ümumilikdə 339 yeni baza stansiyası istifadəyə verilib. Azercell-in həyata keçirdiyi tədbirlər nəticəsində şirkətin LTE baza stansiyalarının sayı 3700-ü ötüb. 

Dünyada internet sürətinin ölçülməsi üzrə aparıcı və ən etibarlı platforma olan Ookla Speedtest-in məlumatına əsasən, Azercell 91.1 Mbps nəticə ilə avqust ayında ölkənin ən sürətli mobil operatoru olub. Qeyd edək ki, şəbəkənin optimallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2024-cü ilin yanvar–2025-ci ilin avqust aylarını əhatə edən dövrdə ölkə üzrə mobil internet sürətində 71.6%-lik artım qeydə alınıb.

Qarabağ bölgəsində innovativ şəbəkə infrastrukturunun qurulmasına xüsusi diqqət ayıran Azercell hazırda həmin ərazilərdə 208 baza stansiyası vasitəsilə yüksək keyfiyyətli mobil rabitə xidməti təqdim edir.

Şirkət həmçinin ESG strategiyası çərçivəsində ölkədə daha dayanıqlı, sağlam və yaşıl gələcəyin qurulmasına töhfə verməyi əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. 2024-cü ildə respublika üzrə "yaşıl" baza stansiyalarının sayını 37-yə çatdıran Azercell karbon emissiyasının azaldılması və təmiz enerji resurslarının təşviqi istiqamətində mühüm nəticələr əldə edib.

"Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik" strateji məqsədinə sadiq qalan Azercell bütün ölkə üzrə şəbəkə infrastrukturunun modernləşdirilməsi və onun dayanıqlılığının təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olunub
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olunub
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib