‘Azercell’ SMS-lərində dilimiz təhqir olunur - FOTOFAKT

‘Azercell’ SMS-lərində dilimiz təhqir olunur -  FOTOFAKT
Bütün Xəbərlər
10:19 30.10.2014
1634

Mobil rabitə operatorlarından abonentlərinə müxtəlif məzmunlu sms-lər gəlir. Həmin sms-lər abonentlərin narazılğına səbəb olur. Bu dəfəki narazılıq sms-dən yox, onun məzmunundadınr.

Jurnalist Sahil Kərimli sosial şəbəkədə yazıb ki, "Azərcell" şirkəti Azərbaycan dilini təhqir edir. Onlara anlatmaq lazımdır ki, dilimizi təhqir etməsinlər. "Azərcell" tərəfindən göndərilən sms-də “sükut” sözü “sikut” kimi yazılıb. "Azərcell" Telekom MMC-nin mətbuat xidmətindən bildirildi ki, abunəçilərə həmin sms-lər "Azərcell" şəbəkəsi vasitəsilə 3-cü şirkətlər - məzmun təminatçıları tərəfindən göndərilir və mətnə görə tam olaraq həmin şirkətlər cavabdeh olur. ""Azərcell" bu zaman yalnız texniki dəstək göstərmiş olur. Konkret olaraq bu iradınız uyğun tərəfdaş şirkətə göndərildi və nəzərə alınacaq".

OXŞAR XƏBƏRLƏR