“Azercell” soyğunçuluq edir

“Azercell” soyğunçuluq edir
Bütün Xəbərlər
11:09 07.08.2014
2919

Seymur Verdizadə Azərbaycanda mobil rabitə xidmətinin qonşu ölkələrlə müqayisədə dəfələrlə baha olduğunu Ukrayna vətəndaşı olan bir soydaşımızla söhbət əsnasında öyrənmişdim. Xaricdə yaşamağın üstünlüyündən danışan həmsöhbətim ölkəmizdə mobil rabitə xərclərinin baha olmasından şikayətlənmişdi: “Bakıya gələndə cibimdəki pulun yarısından çoxu telefon danışıqlarına sərf olunur”. Jurnalist marağı güc gəldiyi üçün onu bir qədər sorğu-sual etmişdim. Beləliklə, məlum olmuşdu ki, Ukraynada mobil rabitə xərci Azərbaycanda hər gün istifadə etdiyimiz adi krant suyundan da ucuzdur. Soydaşımız həmin vaxt kiçik riyazi hesablama aparandan sonra belə demişdi: “Sizin pulla ayda 6 manat ödəməklə 30 saat şəbəkədaxili, 25 saat isə şəbəkəxarici danışıq limiti əldə edirik”   Telefon mənimçün qısa ünsiyyət vasitəsidir. Bu qayda həm mobil, həm də ev telefonları üçün keçərlidir. Buna görə də Azərbaycanda mobil rabitə xərclərinin ucuz və ya baha olması məni heç vaxt narahat etməyib. Mən həmişə canlı ünsiyyətə maraq göstərmişəm Bir neçə ay əvvəl “Bakcell” nömrəsi almışdım. Əvvəldən “Azercell” abunəçisi olduğum üçün yeni nömrəmi heç kimə vermədim. Həmin nömrənin indi rəfdə hansı kitabın arasında olduğunu heç cür xatırlaya bilmirəm.. İyul ayının 1-də dostlarımdan biri mənə “Nar” nömrəsi hədiyyə etdi. Dərhal da izahat verdi: “Şəbəkədaxili zənglərin dəqiqəsi 1 qəpikdir. Amma şəbəkəxarici zənglərin hər dəqiqəsi üçün 4 qəpik çıxılacaq. Bayramlarda, əlamətdar günlərdə şirkətin hədiyyəsi də olacaq”. Telefonum 2 nömrə daşımağa qadir olduğu üçün həmin gündən “Azercell”ə yanaşı, həm də “Nar Mobile” abunəçisi oldum. Özümün 5-10 manat irəli düşməyimi qoyaq bir tərəfə, “Nar” abunəçisi olan dostlarımın canı dincəlib. Onlar ehtiyac olanda məni arayıb, ürəkləri istədikləri qədər danışa bilirlər. Bəzən çaşıb, “Azercell” nömrəsi ilə digər mobil operatorların abunəçisi olan dostlarıma zəng vururam. Ağzımı açmağa macal tapmamış balansımdan 14 qəpik silinir. Bunun adı soyğunçuluqdur! Bilirəm ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi şəbəkəxarici zənglərin qiymətini aşağı salmaq üçün dəfələrlə “Azercell”ə müraciət etsə də, bu günə kimi heç bir nəticə əldə olunmayıb. On beş ildi ki, “Azercell” abunəçisiyəm. Amma son vaxtlar nəinki digər mobil operatorların abunəçilərinə, hətta “Azercell” abunəçilərinə də “Nar” nömrəmdən zəng vururam. Telefonumuzda “Azercell” nömrəsi ola-ola bu şirkətin abunəçilərinə digər mobil operatordan zəng vururuqsa, bunun adı biabırçılıqdır. Özünə hörmət edən heç bir şirkət bu rəzilliyə dözməməlidir. “Azercell” nömrəmdən vurduğum zənglərin sayını son vaxtlar xeyli azaltmışam. Belə getsə, tezliklə “Azercell” abunəçisi olmaqdan imtina edəcəyəm. Məncə, “Azercell”i qiymətləri aşağı salmağa yalnız bu yolla məcbur edə bilərik...

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir