''Azercell'in bu qurğuları bina sakinlərində xərçəng xəstəliyi yaradır' - FOTOLAR

Bütün Xəbərlər
13:00 22.07.2013
7141

Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi,42, 50, 71 və 46 saylı binaların sakinləri AZXEBER.COM-un redaksiyasına şikayət məktubu göndəriblər. Məktubda sözügedən binaların yaxın məsafəsində “AzercellTelekom” MMC-ə məxsus qəbuledici-ötürücü qurğuların yerləşdirilməsidir.

Məktubu olduğu kimi təqdim edirik:

"Sizə bildirmək istərdik ki,Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 42, 50, 71 və 46 saylı binalara çox yaxın məsafədə “AzercellTelekom” MMC-ə məxsus qəbuledici-ötürücü qurğuları ilə təchiz olunmuş antena, radio baza stansiyası və digər qurğular var. Bu antenada olan bəzi ötürücü radiotexniki avadanlıqlarda dəyişikliklər aparılır, ötürücülərin istiqamətləri və hündürlük məsafələritez-tez dəyişdirilir. Elektromaqnit şüalanmadan olan mühafizə və məhdudiyyət zonasının sərhədlərini burada quraşdırılmış baza stansiyanın maksimal gücünə, ötürücü radiotexniki avadanlıqların yaratdığı elektromaqnit sahələrin səviyyəsinə və təsirinə görə düzgün olub-olmamağı öyrənmək üçün “AzercellTelekom MMC-ə”, “Respublika Sanitariya və Epidemiologiya Mərkəzinə” və “Ekologiya və Təbii Sərvətlər Nazirliyinə” müraciət etmişdik.Onlar tərəfindən aparılmış yoxlamalarda qeyri-dəqiqlik var. Biz sakinlər bu cür aparılmış yoxlamaları qeyri-dəqiq sayır, hüquq və azadlığımızın onlar tərəfindən pozulması kimi hesab edirik.

Belə ki, nə üçün radio baza stansiyanın maksimal çıxış gücünə, antenanın növünə, şüalanma bucağına, şaquli və üfüqi səthlərdə istiqamətinə görə antenanın yaşayış sahəsindən uzaqlıqda yerləşmə məsafəsi yoxlanılmır? Səbəb nədir? Nə üçün radio baza stansiyanın maksimal gücü nəzərə alınmır? Şübhə var ki, ölçü aparılan zaman radio baza stansiyanın gücü məsafədən azaldılır. Həm də bu yoxlama işləri çox qısa müddət ərzində aparılır. (təqribən 1-2 dəqiqə). Nəzərə alsaq ki, radio baza stansiyanın gücü onun fəaliyyət zonasında eyni vaxtda danışan abunəçilərin sayından asılı olaraq dəyişir, o zaman bu cür ölçülərin nəticəsi düzgün deyil.

Radio baza stansiyanın gücü, insan həyatı üçün təhlükəsi baza stansiyanın fəaliyyət zonasında eyni vaxtda danışan abunəçilərin sayından asılı olaraq daha da artır və çox təhlükəli olur. Bu dövlət qurumları tərəfindən aparılan yoxlamalar zamanı necə inanmaq olar ki, baza stansiyanın gücü azaldılmır? Bu kimi digər suallarda biz sakinləri burada narahat edir.

Beynəlxalq təcrübədə radio baza stansiyanın maksimal çıxış gücünə, antenanın növünə, şüalanma bucağına, şaquli və üfüqi səthlərdə istiqamətinə görə antenanın yaşayış sahəsindən uzaqlıqda yerləşmə məsafəsi təqribən 300 metrdən başlayaraq hesablanır.

“Respublika Sanitariya və Epidemiologiya Mərkəzinin” mütəxəssisləri tərəfindən mənzillərdə “Spectran HF-6060” elektromaqnit sahəni ölçən avadanlıqla aparılan ölçülər zamanı ölçü aparan mütəxəssisdən müxtəlif tezlik diapazonlarında siqnalın gücünün “0”dBm-ə (desibel-milliVatt)≈(12,16μVt/sm² “mikroVatt/sm²”)çox yaxın olduğumüşahidə olunmuşdur.

“Respublika Sanitariya və Epidemiologiya Mərkəzinin” öz doğma Azərbaycan dilimizdə tərtib olunmuş normativ qiymətləri təsdiq edən rəsmi sənədi bizə təqdim edə bilmirlər. Onlar götürülən normativ qiymətləri Rusiya Federasiyasının (“ВСН 2963-84” və СанПиН 2.1.8/2.2.4.1383-03“Гигиеническиетребования к размещению и эксплуатациипередающихрадиотехническихобъектов”)sənədlərinə əsaslandırırlar. Tərtib olunmuş protokollar isə 1984-cü ilin sənədlərinə əsaslanır.Bu sənəddə yol verilə bilən son həddə enerji selinin sıxlığı 10μVt/sm²-dir. Yol verilə bilən son hədd isə digər MDB və Avropa ölkələri Ukraynada 2,5 μVt/sm², Çin XR-da 6,6 μVt/sm2, İsveçrədə 4,2 μVt/sm2, Paris, Fransada 1 μVt/sm2, Avstriyada 0,1 μVt/sm2 ilə müqayisədə, bizim ölkədə 10 μVt/sm² çox artıq götürülür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bildirirlər ki, elektromaqnit şüalanmasının təsir gücünü yaşayış mənzillərində yox, ətraf mühitdəölçmək hüququmuz var. Ölçü cihazı “Protek 3201” isə maksimum 2060Mhs tezlik diapazonuna kimi ölçü apara bilir. Sual yaranır, bəs burada istismar olunan yuxarı tezliklərin ətraf mühiti çirkləndirməsi necə təyin olunur, nəyə əsaslanır? Ekoloji pasportun bu qaydada verilməsini düzgün hesab etmirik. Müraciətimiz əsasında ETSN idarəsinin əməkdaşları tərəfindən aparılan təkrar ölçmə işləri də bizi qane etmədi. Belə ki, biz bu ölçmənin sakinlərdən heç olmasa birinin mənzilində aparılmasınıxahiş etdik. Onlar isə bildirdilər ki, qanunvericilik mənzillərdə ölçmə aparılmasına yol vermir. Nə səbəbə bilmirik!”.Nə üçün ölçü zamanı alınan göstəricilərinnorma daxilində olub-olmamasını yerində sakinlərə bildirilmir, buna Ekspertiza İdarəsində baxılır, hansı ki, ölçü yerində bunu qeyd etmək və şikayətçi olan sakinlərə praktiki şəkildə göstərmək lazımdır. Nə üçün qeyd edilən son yol verilə bilən qiymət rəsmi cavablarında hansı qanuni sənədə əsaslanmağını göstərilmir?

Aidiyyəti dövlət qurumları yaxın məsafədə olan antenada edilən dəyişikliklər zamanı “Siz tərəfdən nə vaxt ölçmə işləri aparılır” sualımıza onlar bildirirlər ki, bu haqda “AzercellTelekom MMC”-dən 1 və ya 2 ildən bir çox sayda siyahı alırlar. Bu isə onu deməyə əsas verir ki, hər bir tərtib olunmuş rəy əsassız və formal xarakterlidir. Hansı ki, bu rabitə avadanlıqlarının quraşdırılmasına və istismarına olan tələbləri (ГОСТ Р 50829-95) pozur.

“AzercellTelekom MMC” tərəfindən isə yerində biz sakinlərlə birlikdə araşdırma aparılmır, sadəcə bunun insan orqanizmi üçün təhlükəli olmadığını verilmiş Rəy və Ekoloji pasporta əsaslandırır. Bunu isə mövcud yerdədüzgün yoxlama aparıb, sübut etmək lazımdır.Araşdırmalara və aparılan müşahidələrə əsasən AzərcellTelekom MMC-ninqeyd etdiyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin” Rəyi və “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin” Ekoloji pasportunu düzgün saymırıq. Bu sənədlər geri çağırılmalı, ləğv olunmalıdırlar.

Yekunda inanırıq ki, Siz ölkə vətəndaşlarının Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş hüquq və azadlıqlarını, elektromaqnit çirklənməsinə məruz qalmış yerdə olanların daha çox xərçəng xəstəliyinə tutulmasına, yeni doğulmuş uşaqlarda qəfil ölüm sindromuna, immun-sinir sisteminin pozulmasına, xroniki yorğunluğa, baş gicəllənməsinə, başağrılarına, ürək-damar və həzm sistemlərinin zədələnməsinə, psixi pozuntuların inkişafına, yaddaşın pozulmasına, əsəbiliyə, yuxu narahatlığına, və s. digər təhlükəli olan xəstəliklərə səbəb ola biləcəyini nəzərə alaraq bizim bu müraciətimizə müsbət yanaşaraq, yaxın məsafədə təhlükəli qeydə alınan elektromaqnit radiasiyasından tezliklə xilas olmağımızüçünsözü gedən bu antena, radio baza stansiyanın və digər qurğuların tezliklə buradan götürülməsindəbizə köməklik göstərəcəksiniz.

Böyük hörmət və inamla,

Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 42, 50, 71 və 46 saylı binaların sakinləri"

OXŞAR XƏBƏRLƏR