“Azercell”in kibertəhlükəsizlik komandası “CIDC-2025”də böyük uğur qazandı - Fotolar

“Azercell”in kibertəhlükəsizlik komandası “CIDC-2025”də böyük uğur qazandı - Fotolar
İQTİSADİYYAT
12:04 13.10.2025
496
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə 9-10 oktyabr tarixlərində Bakıda keçirilən "CIDC 2025 – Critical Infrastructure Defence Challenge” kibertəhlükəsizlik tədbiri başa çatıb.

AZXEBER.COM xəbər verir ki, tədbir çərçivəsində təşkil olunan "Ağıllı şəhərlərdə kibermüharibə” yarışında "Azercell” Telekomu təmsil edən "Cybercell” komandası yüksək peşəkarlıq nümayiş etdirərək vitse-çempion adını qazanıb.

İki gün davam edən müsabiqədə mobil operatorun Təhlükəsizlik Departamentinin mütəxəssisləri kibertəhlükəsizlik üzrə real ssenarilər əsasında hazırlanan tapşırıqları uğurla yerinə yetiriblər.

Tədbir 20 yerli və ilk dəfə olaraq 5 xarici komandanı – Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Moldova, Qırğızıstan və Tacikistandan olan iştirakçıları bir araya gətirib. Yarışın məqsədi dövlət qurumları, kritik infrastruktur obyektləri, bank və telekommunikasiya sektorlarını təmsil edən komandalar arasında kiberhücumlara qarşı müdafiə qabiliyyətinin artırılması, eləcə də böhran vəziyyətlərində informasiya sistemlərinin effektiv idarə olunması və milli kibertəhlükəsizlik potensialının inkişaf etdirilməsi olub.

"CIDC-2025” çərçivəsində keçirilən kibertəhlükəsizlik həlləri sərgisində 41 yerli və xarici şirkət informasiya təhlükəsizliyi, risklərin idarə olunması və şəbəkə müdafiəsi istiqamətlərində son texnoloji yeniliklərini nümayiş etdirib. Sərgidə "Azercell”in nümayiş etdirdiyi innovativ həllər iştirakçılar və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

"Azercell” Telekom biznes müştərilərinə etibarlı kibertəhlükəsizlik həlləri təqdim etməklə yanaşı, bu sahədə peşəkar kadrların hazırlanmasına da xüsusi diqqət yetirir. Şirkət kibertəhlükəsizlik ekosisteminin inkişafına və ölkədə mütəxəssis potensialının gücləndirilməsinə töhfə verməyə davam edir.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:40 27.07.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
06:54 27.07.2026
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi