Azerfondan Baş ofisdə baş vermiş qəza ilə bağlı - AÇIQLAMA

Azerfondan Baş ofisdə baş vermiş qəza ilə bağlı - AÇIQLAMA
Bütün Xəbərlər
00:28 01.05.2015
876

Azerfon” ofisində baş vermiş texniki qəza ilə bağlı açıqlama yayıb. Şirkətdən verilən açıqlamada bildirilib ki, bu gün saat 17:30 radələrində “Azerfon” şirkətinin baş ofisinin yeməkxanasında yüngül konstruksiyalı asma tavanın bir hissəsinin uçması ilə nəticələnmiş texniki qəza baş verib. “Xoşbəxtlikdən qəza nəticəsində heç bir ciddi xəsarət alan olmayıb. Şirkətə keytrinq xidməti göstərən şirkətin əməkdaşı yüngül xəsarət alıb, ona dərhal lazımi tibbi yardım göstərilib . Nəticələrinin aradan qaldırılması və səbəblərinin müəyyən olunması üçün hadisə yerinə dərhal aiddiyyatı qurumlar cəlb olunub. Hazırda vəziyyət nəzarət altındadır” deyə şirkət qeyd edib. 

 

OXŞAR XƏBƏRLƏR