"AzerGold” istiqrazlarının dövriyyəyə buraxılması ilə bağlı “Açılış zəngi” mərasimi keçirilib - FOTO

"AzerGold” istiqrazlarının dövriyyəyə buraxılması ilə bağlı “Açılış zəngi” mərasimi keçirilib - FOTO
MANŞET
13:34 24.09.2020
1190
"AzerGold” istiqrazlarının dövriyyəyə buraxılması ilə bağlı "Açılış zəngi” mərasimi keçirilib

"AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) istiqrazlarının mütəşəkkil kapital bazarlarına daxil olması münasibətilə Bakı Fond Birjasında (BFB) "Açılış zəngi” mərasimi keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, mərasimdə Bakı Fond Birjasın (BFB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Eldar Abdullayev, "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının sədri Rövşən Nəcəf, "AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev, "PAŞA bank” ASC-nin İdarə Heyətinin sədri Taleh Kazımov, "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru Ceyhun Hacıyev və Mərkəzi Bankın Baş direktoru Əli Əhmədov iştirak ediblər.
 
Mərasimə, həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və emitent "AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Cəmiyyətin Daşkəsən rayonunda yerləşən "Çovdar” mədənindən birbaşa canlı bağlantı vasitəsilə qatılıblar.
 
"AzerGold” QSC-nin sədri Zakir İbrahimov Cəmiyyətin istiqrazlarla bağlı reallaşan təşəbbüsünün ölkə iqtisadiyyatının inkişafına töhfə vermək, vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanları yaratmaq məqsədi daşıdığını qeyd edib. O, sözügedən emissiyanın vətəndaşların milli iqtisadiyyat və dağ-mədən sənayesinin inkişafında pay sahibi olması üçün əlverişli fürsət olduğunu diqqətə çatdırıb.
 
İqtisadiyyat naziri Mikayıl Cabbarov "AzerGold” istiqrazlarının tədavülə buraxılmasını kapital bazarları üzrə 2020-ci ilin ən mühüm hadisələrindən biri hesab edildiyini vurğulayıb.
 
Nazir "AzerGold”un birja vasitəsilə həyata keçirdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə və dağ-mədən sektorunun inkişafına töhfə verməklə yanaşı, vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirib. Daha sonra BFB-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev yeni istiqrazların korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olacağını və investorlar üçün daha geniş imkanların yarandığı münbit sərmayə mühitini formalaşdıracağını diqqətə çatdırıb.
 
Tədbirin sonunda emitent "Azergold” QSC-nin nümayəndəsi tərəfindən istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəng çalınıb. Beləliklə, istiqrazların BFB-nin ticarət platformasında ilkin ticarətinə başlanılıb.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
13:28 21.10.2026
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
13:20 21.10.2026
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
13:11 21.10.2026
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
13:10 21.10.2026
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12:50 21.10.2026
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
12:48 21.10.2026
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
12:24 21.10.2026
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
12:18 21.10.2026
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
“Sürücü məni hədələdi, qapıları kilidlədi” - “Bolt"dan şikayət + AÇIQLAMA
12:14 21.10.2026
“Sürücü məni hədələdi, qapıları kilidlədi” - “Bolt"dan şikayət + AÇIQLAMA
Jurnalistlərin adından saxta WhatsApp hesabları yaradılır: Mətbuat Şurası xəbərdarlıq etdi
11:46 21.10.2026
Jurnalistlərin adından saxta WhatsApp hesabları yaradılır: Mətbuat Şurası xəbərdarlıq etdi
Bu şəxslərə pulsuz torpaq veriləcək
11:31 21.10.2026
Bu şəxslərə pulsuz torpaq veriləcək
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
11:29 21.10.2026
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA
11:02 21.10.2026
Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA
Qəzzada humanitar fəlakət dərinləşir: Xəstəxanaların yanacağı tükəndi
11:01 21.10.2026
Qəzzada humanitar fəlakət dərinləşir: Xəstəxanaların yanacağı tükəndi
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi
10:56 21.10.2026
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var
10:52 21.10.2026
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var