“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə etdilər - FOTOLAR

“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə etdilər - FOTOLAR
İQTİSADİYYAT
13:48 14.09.2026
193

"AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində "Kyrgyzaltyn” ASC-nin İdarə Heyətinin sədri Kubat Abdraimov ilə görüş keçirilib.


AZXEBER.COM xəbər verir ki, Bişkek şəhərində keçirilən görüşdə "AzerGold” QSC ilə "Kyrgyzaltyn” ASC arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında 31 iyul 2026-cı il tarixində Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilmiş Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının üçüncü iclası çərçivəsində, hər iki ölkənin dövlət başçılarının iştirakı ilə imzalanmış Memorandumdan irəli gələn məsələlər, dağ-mədən sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və potensial birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.


Zakir İbrahimov dövlət başçılarının liderliyi və siyasi iradəsi nəticəsində Azərbaycan ilə Qırğızıstan arasında formalaşmış dostluq və qardaşlıq münasibətlərinin iqtisadi əlaqələrin, o cümlədən dağ-mədən sənayesi üzrə tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını bildirib.

Görüş zamanı "AzerGold”un geoloji kəşfiyyat, yataqların qiymətləndirilməsi, hasilat və emal sahəsində qazandığı təcrübə barədə məlumat verilib. Həmçinin Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan geoloji-kəşfiyyat işləri, müasir aeroelektromaqnit və digər qeyri-invaziv kəşfiyyat metodlarının uğurla tətbiqi barədə məlumat diqqətə çatdırılıb.


Bildirilib ki, "AzerGold” ölkə hüdudlarından kənarda fəaliyyətinin genişləndirilməsini strateji prioritetlərindən biri kimi müəyyən edib və bu istiqamətdə Mərkəzi Asiya regionunda birgə dağ-mədən və geoloji kəşfiyyat layihələrinin həyata keçirilməsi imkanlarını araşdırır.


Z.İbrahimov bildirib ki, şirkət qızıl və digər faydalı qazıntı yataqlarının kəşfiyyatı və istismarı, müasir geoloji tədqiqat metodlarının tətbiqi istiqamətlərində əməkdaşlığa hazırdır.


 

"Kyrgyzaltyn” ASC-nin İdarə Heyətinin sədri Kubat Abdraimov Qırğızıstanın dağ-mədən sənayesində son illərdə həyata keçirilən islahatlar, "Kyrgyzaltyn” ASC-nin mövcud layihə portfeli və sektorun inkişaf perspektivləri barədə məlumat verib. O, dövlət şirkətinin strukturunun təkmilləşdirilməsi, törəmə müəssisələrin fəaliyyət imkanlarının genişləndirilməsi və yeni layihələrin reallaşdırılması istiqamətində görülən işlərdən danışıb.


K.Abdraimov Qırğızıstanda son beş il ərzində dağ-mədən sənayesinin iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrildiyini bildirib. Onun sözlərinə görə, 2020-ci ildən etibarən sektorda genişmiqyaslı islahatlar həyata keçirilib, investisiyaların cəlb edilməsi və beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində mühüm addımlar atılıb.


"Kyrgyzaltyn” ASC-nin rəhbəri "AzerGold” ilə əməkdaşlıq məsələsinə də toxunaraq, Azərbaycan tərəfinin əməkdaşlıq və qarşılıqlı dəstək təklifinin "Kyrgyzaltyn” tərəfindən müsbət qarşılandığını bildirib. O, aparılan müzakirələrin nəticəsində yeni əməkdaşlıq imkanlarının ortaya çıxa biləcəyini və mövcud perspektivli layihələrin tərəflər arasında birgə nəzərdən keçiriləcəyini qeyd edib.


Tərəflər perspektivli yataqlar üzrə birgə müəssisələrin yaradılması, investisiya modelləri, geoloji kəşfiyyat nəticələrinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi, eləcə də yeni layihələrin maliyyələşdirilməsi imkanları ətrafında geniş fikir mübadiləsi aparıblar. Görüşün yekununda tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə müzakirələrin davam etdirilməsi və əməkdaşlığın praktiki layihələrlə genişləndirilməsi barədə razılığa gəliblər.

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu yay dənizdə batanların sayı açıqlandı - RƏSMİ
15:06 14.09.2026
Bu yay dənizdə batanların sayı açıqlandı - RƏSMİ
Bu ölkəyə də vizasız gedə biləcəyik
15:00 14.09.2026
Bu ölkəyə də vizasız gedə biləcəyik
Hakan Fidan Azərbaycana gəlir
14:58 14.09.2026
Hakan Fidan Azərbaycana gəlir
Enerji xərclərinizi “Unibank”la azaldın
14:45 14.09.2026
Enerji xərclərinizi “Unibank”la azaldın
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodu ilə tanış olub - FOTOLAR
14:38 14.09.2026
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodu ilə tanış olub - FOTOLAR
“Adore”dən nə desən gözləmək olar, agentlik də tədbir görmür” – Eyyub Hüseynovdan sərt açıqlama
14:36 14.09.2026
“Adore”dən nə desən gözləmək olar, agentlik də tədbir görmür” – Eyyub Hüseynovdan sərt açıqlama
Krem, tuş, layner... – Dermatoloqdan xəbərdarlıq
14:20 14.09.2026
Krem, tuş, layner... – Dermatoloqdan xəbərdarlıq
TikTok-dan Azərbaycanda süni intellektlə bağlı YENİ LAYİHƏ
14:16 14.09.2026
TikTok-dan Azərbaycanda süni intellektlə bağlı YENİ LAYİHƏ
“Yuventus” rəhbərindən Vlahoviç etirafı: “Təklifimizi qəbul etmədi”
14:13 14.09.2026
“Yuventus” rəhbərindən Vlahoviç etirafı: “Təklifimizi qəbul etmədi”
“Filankəs xanımın məktəbi yaxşı məktəbdir” anlayışından necə qurtulaq?
14:00 14.09.2026
“Filankəs xanımın məktəbi yaxşı məktəbdir” anlayışından necə qurtulaq?
Rusiyada təhsil alan azərbaycanlıların sayı açıqlandı
13:56 14.09.2026
Rusiyada təhsil alan azərbaycanlıların sayı açıqlandı
“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə etdilər - FOTOLAR
13:48 14.09.2026
“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə etdilər - FOTOLAR
180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
13:36 14.09.2026
180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
“Vəsiqədə ata adı varsa, ana adı da olsun” - Deputatdan təklifə reaksiya
13:12 14.09.2026
“Vəsiqədə ata adı varsa, ana adı da olsun” - Deputatdan təklifə reaksiya
İnsanlar niyə hər il yeni “iPhone” almağa çalışırlar? – Psixoloqdan açıqlama
13:09 14.09.2026
İnsanlar niyə hər il yeni “iPhone” almağa çalışırlar? – Psixoloqdan açıqlama
Dəbdəbəli toyla gündəm olan “Vanlı Kara Haydar”ın həyat yoldaşı ilə bağlı YENİ QƏRAR
13:03 14.09.2026
Dəbdəbəli toyla gündəm olan “Vanlı Kara Haydar”ın həyat yoldaşı ilə bağlı YENİ QƏRAR