"AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
İQTİSADİYYAT
10:51 01.10.2026
92

"AzerGold” QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib.

Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xalq yaradıcılığını əks etdirən milli ornamentlərdən istifadə olunub.

Sikkənin əsas kompozisiya elementlərindən biri XIX əsrin sonlarına aid Kəlbəcərin qədim xovsuz məfrəşinin ornamentidir. Məfrəş qədim xalçaçılıq texnikası ilə toxunan, məişət əşyalarının saxlanılması və daşınması üçün istifadə edilən ənənəvi xalça məmulatıdır.

Kompozisiyanı əhatə edən haşiyə isə Kəlbəcərin qədim arıçılıq ənənələrinə, məşhur dağ balına və bölgənin zəngin təbii resurslarına işarə edən arı pətəyi motivindən ilhamlanıb.

Kolleksiyanın digər diqqətçəkən elementi sikkənin yuxarı və aşağı hissəsində yerləşən 17 simmetrik xətdir. Bu xətlər ənənəvi sazın pərdələrini simvolizə etməklə Kəlbəcərin qədim aşıq sənəti və saz ifaçılığı ənənələrinə istinad edir.

Kəlbəcərə həsr olunan xatirə sikkəsi bölgənin təbiətini, tarixini və milli-mədəni irsini müasir numizmatika sənəti vasitəsilə əks etdirən kolleksiya nümunəsidir. Sikkənin konsepsiyasında Kəlbəcərin tarixi yaddaşı ilə yanaşı, bölgənin yenidən dirçəlişi və gələcəyə baxışı da ifadə olunub.

Qeyd edək ki, yeni kolleksiya "AzerGold” QSC-nin təşəbbüsü ilə istehsal olunan xatirə sikkələri seriyasının növbəti nümunəsidir. Məhsullar ölkəmizdə hasil edilən qızıl və gümüşdən 999.9 əyarda, müxtəlif çəkilərdə hazırlanıb. Qızıl sikkələr 5, 10 və 20 qram, gümüş sikkə isə 20 qram çəkidə təqdim olunur.
Kəlbəcər kolleksiyasını "AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və Mübadilə Mərkəzindən, həmçinin şirkətin onlayn satış platformasından əldə etmək mümkündür.

Qeyd edək ki, Azərbaycanda hasil olunan qızıl və gümüşdən müxtəlif dizaynlarda sikkələrin, eləcə də qızıl külçələrin istehsalına 2018-ci ildə başlanılıb. Məhsullar 2019-cu ildən etibarən yerli pərakəndə satış bazarına təqdim edilir. Hazırda "AzerGold” QSC-nin məhsul portfelində 15 qızıl və 12 gümüş olmaqla, ümumilikdə 27 kolleksiya yer alır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gələn ildən ailələrə “uşaqpulu” verilə bilər – AÇIQLAMA
11:27 01.10.2026
Gələn ildən ailələrə “uşaqpulu” verilə bilər – AÇIQLAMA
İlham Əliyev Si Cinpini təbrik etdi
11:22 01.10.2026
İlham Əliyev Si Cinpini təbrik etdi
"Tik-Tok" Azərbaycanda vergi uçotuna alındı
11:17 01.10.2026
"Tik-Tok" Azərbaycanda vergi uçotuna alındı
Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetini ziyarət etdi
11:16 01.10.2026
Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetini ziyarət etdi
Bu tarixlərdə ehtiyatlı olun – VACİB XƏBƏRDARLIQ
11:14 01.10.2026
Bu tarixlərdə ehtiyatlı olun – VACİB XƏBƏRDARLIQ
Bu tarixdən yollarda nəzarət güclənəcək
11:12 01.10.2026
Bu tarixdən yollarda nəzarət güclənəcək
ADNSU “THE World University Rankings 2027” reytinqində ümumi göstəricisini 19,3 faiz artırıb
11:10 01.10.2026
ADNSU “THE World University Rankings 2027” reytinqində ümumi göstəricisini 19,3 faiz artırıb
RİNN və “SpaceXAI” süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzaladı - FOTOLAR
11:04 01.10.2026
RİNN və “SpaceXAI” süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzaladı - FOTOLAR
Bank of Baku-da hüquqi şəxslərə özəl depozit – 11%-dək gəlir!
10:55 01.10.2026
Bank of Baku-da hüquqi şəxslərə özəl depozit – 11%-dək gəlir!
"AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
10:51 01.10.2026
"AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
10:46 01.10.2026
Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
"Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
10:42 01.10.2026
"Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
10:42 01.10.2026
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
"AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
10:41 01.10.2026
"AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
10:40 01.10.2026
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
10:34 01.10.2026
Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar