Azəri Gənclər Alyansı “Erkən nikahlar əleyhinə alyans!” adlı layihə keçirib

GƏNCLİK
16:30 02.07.2024
2484
Azəri Gənclər Alyansı İctimai Birliyi Azərbaycan Respublikasının  Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi agentliyinin maliyyə dəstəyi ilə "Erkən nikahlar əleyhinə alyans” adlı layihəni uğurla həyata keçirir.

Layihə çərçivəsində cari ilin iyun ayında Astara, Lənkaran və  Lerik rayonlarındakı Gənclər evi və Heydər Əliyev Mərkəzində 11-16 yaş arası 80 nəfər yeniyetmə  gənc qızlar üçün 4 günlük maarifləndirici inkluziv tədbirlər keçirib. Statistikaya görə Azərbaycanın erkən nikahlara ən çox məruz qalan cənub bölgəsində həyata keçirilən maarifləndirici tədbirlərdə Azəri Gənclər Alyansı İB-nin sədri Leyla Sadıqova "Erkən nikahlar əleyhinə alyans!” adlı layihəyə başladıqlarını bildirərək 80 nəfər yeniyetmə gənc qızlara və onların valideynlərinə dünyada da geniş yayılan erkən nikah problemləri barədə ətraflı məlumat verib və bu problemin həlli yolunun məhz yaxşı təhsil almaqla vətənə nümunəvi vətəndaş olmaqdan ibarət olduğunu bildirib.

Tədbirlərdə təlimçi və ekspertlər tərəfindən iştirakçılarla ətraflı müzakirələr aparılıb. Daha sonra isə yeniyetmə gənc qızların valideynləri ilə  ayrılıqda ekspert və psixoloqun iştirakı ilə ictimai dinləmələr həyata keçirilib, tövsiyələr verilib. 

Layihənin əsas məqsədi maarifləndirmə yolu ilə daha çox erkən nikahların müşahidə olunduğu Lənkaran, Lerik və Astara rayonlarında 11-16 yaşlı qızları cinayət sayılan erkən nikah qurmaqdan çəkindirmək, ictimai qınaq formalaşdırmaq və nəticədə Azərbaycanda erkən nikah probleminin azalmasına töhfə verməkdir.

Tədbirin sonunda iştirakçı gənclərə sertifikatlar və təbliğat materialları paylanılıb. 

Qeyd edək ki, layihə çərçivəsində, "Erkən nikahlar əleyhinə yox!”  adlı maarifləndirici sosial çarx hazırlanıb sosial media vasitəsilə ictimaiyyətə təqdim olunacaqdır.
 

 

 

 

 

 

 

 

 


 



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR

19:49 06.02.2025

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır

19:35 06.02.2025

ABŞ 104 Hindistan vətəndaşını deportasiya edib

19:22 06.02.2025

Yunanıstan parlamenti ölkə prezidentini yenə seçə bilməyib