Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.
AZXEBER.COM xəbər verir ki, "Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,29 ABŞ dolları və ya 1,07% artaraq 122,37 ABŞ dollarına yüksəlib.
Xatırladaq ki, ötən gün neftimiz 121,08 ABŞ dollarına ticarət edilib.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.











































