AZXEBER.COM-un məlumatına görə, eks-sevgilisi Reza Zerrebla səsli-küylü ayrılmadan elə də uzun olmayan fasilədən sonra İnanc Başəyməzlə nişanlanan Günelin yenidən tək olması xəbəri yalan çıxdı. Düzdür, Günelin jurnalistlərin şəxsi həyatı ilə bağlı ona ünvanladığı suallardan qaçması bu şayiələri müəyyən mənada doğrulayırdı. Lakin, cütlük 2 gün əvvəl İstanbulda yaşayan Günay Musayevanın həyat yoldaşı məşhur aktyor Tolqa Karelin ad gününə qatılmaqla şübhələrə son qoydu. Günel Zeynalova və İnanc Başəyməzin ad günündə çəkilmiş mehriban fotoları cütlüyün hələ də birlikdə olduğunu sübuta yetirdi.Qeyd edək ki, Günelin gələcək həyat yoldaşı isə Türkiyə vətəndaşı İnanc Başəyməz 25 yaşlı iş adamıdır. O, Günellə Türkiyədə orta məktəbdə bir yerdə oxuyub. İnanc uzun müddətdir onunla ailə qurmaq niyyətində olub. Müğənni isə İnancı özündən razı, lovğa zənn etdiyi üçün ona könül vermək istəməyib.Günelin qayınanası Səmra xanımla qayınatası Zahid bəy onun ailəsindən “hə” cavabı almaq üçün keçən ilin iyul ayında Türkiyədən 8 nəfərlə gəlib. Onların arasında İnancın ata-anasından başqa, əmiləri və ən yaxın qohumları olub. Günelin ailəsi tərəfdən isə sözkəsdidə daha çox adam iştirak edib. Onların arasında ata-anası, ağsaqqallar və nənəsi də iştirak edib.Günel və İnancın nişan mərasimi düz bir əvvəl - 25 oktyabrda, müğənninin ad günündə düzənlənməli idi.