“Azərişıq”dan deputata cavab: Ölünün adına heç vaxt borc yazılmır

“Azərişıq”dan deputata cavab: Ölünün adına heç vaxt borc yazılmır
SOSİAL
10:42 17.03.2016
2383

“Xahiş edirik, müvafiq qurumlara müraciət edib, bu məsələni həll etsinlər”.

Martın 15-də Milli Məclisin plenar iclasında çıxış edən deputat Yevda Abramov maraqlı çıxışı ilə gündəmə gəlib. Deputat “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən abonentlərə istifadə etdikləri elektrik enerjisindən daha artıq borc yazıldığını və həmçinin ölmüş şəxslərin adına belə, borc yazıldığını iddia edib.

Belə problemlərin millət vəkili seçildiyi Quba rayonunda da müşahidə olunduğunu deyən Y.Abramov bu cür halların vətəndaşlar arasında ciddi narazılığa səbəb olduğunu qeyd edib: “Abonentlərə milyonlarla manat borc paylanılıb.

Mənim özümə 787 manat borc yazılıb. Ancaq mən 11 ildir ki, Bakıdayam. 20 il bundan əvvəl ölmüş adamın adına da 900 manat borc yazılıb. Bunu icra başçısına da çatdırmışam, hesabatda da demişəm.

Bu, kimin pullarıdır? Ya bu pulları yeyiblər, yeyintidən qalan pullardır, ya da cənab prezidentin humanistliyini, bu pulların amnistiyasını gözləyirlər. Bundan baş aça bilmirəm. “Azərişıq” yaradılıb. Buna nəzarət edilməlidir.

Xalqı ayağa qaldırmaq lazım deyil. Sonra da deyirlər ki, Qubada insanlar küçəyə çıxıb. Bəli, çıxmışdı. 5, 10, 100 adam küçəyə çıxmışdı. Mən özüm də, icra başçısı da orda idi. Heç birimiz gizlənməmişdik. Xalq bu cür məsələlərdən narazıdır. İnsanlar prezidentin şəkli ilə küçələrə çıxıb, narazılıq edirlər”.

AZXEBER.COM xəbər verir ki, millət vəkilinin bu ittihamları ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev musavat.com-a açıqlama verib.

O, deputata istifadə etmədiyi elektrik enerjisinə görə borc yazılması məsələsinə münasibət bildirərkən deyib ki, heç bir abonentə istifadə etmədiyi elektrik enerjisinə görə borc yazıla bilməz: “Narazı abonent kodunu göndərsin, araşdıraq və bu haqda məlumat verək”.

Millət vəkilinin ölən şəxsin adına borc yazılması ittihamına gəlincə isə, T.Mustafayev bildirdi ki, bu cür hal qətiyyən ola bilməz:

“Azərişıq” elektrik enerjisindən istifadəyə görə borcu ölən şəxsin adına yox, mənzilə yazır. Mənzil kimin adınadırsa, borc da onun adına yazılır.

İllərdir ki, bu sahədə çalışıram. Yüzlərlə belə abonentlər var. Mənzil kimin adınadırsa, həmin insan dünyasını dəyişib, amma sənədlər hələ də onun adınadır. Evin digər sakinləri, yaxınları sənədləri mütləq şəkildə dəyişdirməlidir. Dəyişdirmədiyi təqdirdə, təbii ki, borc həmin adamın adına göndəriləcək.Ölünün adına heç vaxt borc yazılmır, mənzilə yazılır.

Bu məsələnin çox asan həll yolu var. Biz iki ildir ki, “ASAN xidmət”lə əməkdaşlıq edirik. Bir neçə dəqiqə ərzində bu problemi həll etmək, abonent kodunu ev sahiblərindən başqasının adına keçirmək olar. Yüzlərlə belə hal müşahidə edirik. Xahiş edirik, müvafiq qurumlara müraciət edib, bu məsələni həll etsinlər”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paytaxt yollarında dayanacaq problemi: Taksi sürücüləri sərnişinləri harada mindirib-düşürməlidirlər? - VİDEO
01:35 20.04.2026
Paytaxt yollarında dayanacaq problemi: Taksi sürücüləri sərnişinləri harada mindirib-düşürməlidirlər? - VİDEO
Otlaq sahəsi əkinə çevrildi - Kəndlilər çıxılmaz vəziyyətdə qaldılar - VİDEO
00:27 20.04.2026
Otlaq sahəsi əkinə çevrildi - Kəndlilər çıxılmaz vəziyyətdə qaldılar - VİDEO
ABŞ qüvvələri İran gəmisinə atəş açıblar
23:51 19.04.2026
ABŞ qüvvələri İran gəmisinə atəş açıblar
Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO
23:44 19.04.2026
Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO
Bakıdan Məkkəyə velosipedlə gedir - Video
23:26 19.04.2026
Bakıdan Məkkəyə velosipedlə gedir - Video
Şahbaz Şərif Pezeşkianla danışıqlar prosesini müzakirə etdi
23:18 19.04.2026
Şahbaz Şərif Pezeşkianla danışıqlar prosesini müzakirə etdi
Masallıda qəzada ölən 18 yaşlı gəncin fotosu
22:58 19.04.2026
Masallıda qəzada ölən 18 yaşlı gəncin fotosu
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
22:29 19.04.2026
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
22:15 19.04.2026
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
21:56 19.04.2026
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO