Azərişıq”ın şarj stansiyaları işləmir: Bu sahəyə ayrılan pullar hara gedib?

Azərişıq”ın şarj stansiyaları işləmir: Bu sahəyə ayrılan pullar hara gedib?
SOSİAL
16:38 17.11.2025
830
Sosial şəbəkələrdə "Azərişıq” ASC-nin quraşdırdığı elektromobil şarj aparatlarının işləməməsi ilə bağlı narazılıqlar kəskin şəkildə artmaqdadır. Sürücülər bildirirlər ki, aparatların ya tamamilə işə düşməməsi, ya da yarımçıq fəaliyyət göstərməsi elektromobillərin yolda qalmasına, insanların isə böyük təhlükə və vaxt itkisi ilə üzləşməsinə səbəb olur. nəqliyyatın hərəkətində Belə nasazlıqlar lüzumsuz sıxlıqlar yaradır. 

Nəqliyyat eksperti Elməddin Muradlı AZXEBER.COM-a açıqlamasında deyib ki, "Azərişıq” burada böyük məsuliyyət daşıyır:

"Bu sistemi quraşdıran "Azərişıq” burada böyük məsuliyyət daşıyır. Onlar şarj aparatlarını düzgün quraşdırmalı və istismar etməlidirlər. Texniki nasazlıq mövcuddursa, "Azərişıq” aidiyyəti qurum olaraq məsələni doğru şəkildə həll etməlidir”.

Ekspert bildirib ki, vətəndaşlar da həmin qurğulara müdaxilə edirlər:

"Təəssüf ki, bəzən vətəndaşlar da həmin qurğulara müdaxilə edirlər. Aparatın daim boş olduğunu göstərmək üçün kənar əşyalar daxil edirlər və nəticədə digər vətəndaşlar aparatın işləmədiyini düşünürlər. Belə müdaxilələr isə biabırçı vəziyyət yaradır.”

Şahanə Ziyad
 

OXŞAR XƏBƏRLƏR