"Azəristiliktəchizat” ASC 2026–2027-ci il istilik mövsümünə hazırlıqla əlaqədar sakinlərə müraciət edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə ASC məlumat yayıb.
Qurumdan 2026–2027-ci il istilik mövsümünə hazırlıq işləri çərçivəsində istilik təchizatı sisteminə müntəzəm olaraq yoxlama (sınaq) suyu verilir və sistemin texniki vəziyyətinin yoxlanılması həyata keçirildiyi bildirilib:
"Bununla əlaqədar olaraq, istehlakçılardan mənzillərində istilik sistemi ilə bağlı aparılan təmir, quraşdırma və ya dəyişiklik işlərini qısa müddətdə yekunlaşdırmağı, radiatorların, boru xətlərinin və istilik avadanlıqlarının tam hazır vəziyyətdə olmasını təmin etməyi xahiş edirik.
Vaxtında görüləcək hazırlıq işləri istilik mövsümü ərzində sistemin təhlükəsiz, etibarlı və fasiləsiz fəaliyyətinin təmin edilməsinə, həmçinin mümkün qəza hallarının qarşısının alınmasına xidmət edəcək”.











































