‘Azərsu’ 274 işçinin maaşını niyə vermir?

‘Azərsu’ 274 işçinin maaşını niyə vermir?
Bütün Xəbərlər
13:13 30.05.2014
1590

“Hamımız çıxılmaz vəziyyətdəyik…”

Bu sözləri AZXEBER.COM-a göndərdiyi məktubda “Azərsu”da işləyən və adının açıqlanmasını istəməyən oxucu yazıb. O, “Azərsu” rəhbərliyinin 274 işçinin aprel ayından bu yana maaşlarını vermədiyini bildirib. İşçinin sözlərinə görə, rəhbərlik onlara “pul yoxdur” deyərək kifayətlənir və heç bir əlavə tədbir görmək istəmir:

“Mən Azərsuda çalışıram. İki uşaq atasıyam. Maaşım isə 360 AZN-dir. Sizə bildirmək istəyirəm ki, aprel ayından bu günə kimi hələ biz maaş ala bilməmişik. Çalışdığım şöbənin adını və öz adımı gizli saxlayıram. Çünki məni işdən çıxardandan sonra başqa işçiləri də işdən çıxarda bilərlər. Hazırda 274 nəfər aprel ayından bu günə kimi maaş almır. Aramızda 206 manatla dolanan fəhlələr də var. Onların da əməkhaqları gecikdirilib. Hamımız çıxılmaz vəziyyətdəyik…”

Məsələni araşdırmaq üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllıilə əlaqə saxladıq. A.Cəbrayıllıya suallarımızı ünvanlamaq istəsək də mətbuat katibi telefonlarımıza cavab vermədi.

OXŞAR XƏBƏRLƏR