"Azərsun Holdinq” COP29-un nəticələrini rəhbər tutaraq innovativ yanaşmalar tətbiq edir - FOTOLAR

"Azərsun Holdinq” COP29-un nəticələrini rəhbər tutaraq innovativ yanaşmalar tətbiq edir - FOTOLAR
İQTİSADİYYAT
12:25 01.10.2025
605
Azərbaycanda və regionda ərzaq sənayesinin liderlərindən olan "Azərsun Holdinq” kənd təsərrüfatı, qeyri-qida və qida istehsalında iqlimə uyğun, innovativ və dayanıqlı yanaşmaları dəstəklədiyini bəyan edib.  

AZXEBER.COM xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günündəki çıxışında "Azərsun Holdinq”in baş direktoru Savaş Uzan bildirib.

Baş direktor qeyd edib ki, şirkət artıq bir neçə ildir ki, səmərəli suvarma sistemləri, bio-gübrələrin istifadəsi, torpağın minimal pozulması və dron texnologiyalarının tətbiqi kimi müasir aqrotexniki üsulları geniş şəkildə tətbiq edir: 

"Bu istiqamətdə qurduğumuz innovativ sistemlər və alternativ enerji mənbələri, dayanıqlı kənd təsərrüfatına keçidi daha da sürətləndirir ”.

Kiçik və orta fermer təsərrüfatları ilə əməkdaşlığın önəmindən danışan Savaş Uzan holdinqin həmin fermerlərlə daha dayanıqlı, dözümlü dəyər zənciri qurmağa çalışdığını vurğulayıb. 

O, həmçinin qurulan əməkdaşlıqların dayanıqlı təsərrüfat metodlarının təşviqinə, yerli iqtisadiyyatın gücləndirilməsinə və aqrar biliklərin paylaşılmasına xidmət etdiyini bildirib.

"Azərsun Holdinq” məhsullarının "Made in Azerbaijan” yazısı ilə beynəlxalq arenada nümayiş edilməsinin unikal imkanlar yaratdığını qeyd edən baş direktor bu addımın yerli məhsulların həm keyfiyyət, həm də dayanıqlılıq göstəricisinin yüksək olduğundan irəli gəldiyini deyib. 

O,  qeyd edib ki, şirkət COP29-un nəticələrini rəhbər tutaraq, innovativ yanaşmaları tətbiq edir və tərəfdaşlarla birgə fəaliyyət göstərməklə genişmiqyaslı təsir yaratmağa çalışır.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olunub
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olunub
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib