‘Azersun’un ‘Qarabağ’ı inadından dönmür - VİDEO

‘Azersun’un ‘Qarabağ’ı inadından dönmür - VİDEO
Bütün Xəbərlər
11:28 03.09.2012
1684

Nizami Sadıxov: “Quzanlıdakı Olimpiya İdman Kompleksində futbolçular üçün lazımi şərait yaradılıb”

“Ağdamın Quzanlı qəsəbə stadionu “Qarabağ” futbol klubunun ev oyunları keçirməsi üçün yararlıdır. “Qarabağ” futbol klubunun ev oyunlarını Ağdamda keçirməməsinin səbəbi rayondakı Olimpiya İdman Kompleksindəki şəraitlə əlaqədar deyil. Klubun rəhbərliyi bu barədə rayon rəhbərliyinə hər hansı açıqlama verməyib”. Bu fikirləri Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıxov ANS-ə müsahibəsində bildirib.Onun sözlərinə görə, “Qarabağ” futbol klubu ev oyunlarını Ağdamda keçirməkdən imtina etməsi barədə rayon İcra Hakimiyyətinə də hər hansı rəsmi açıqlama verməyib: “Quzanlıdakı Olimpiya İdman Kompleksində futbolçular üçün lazımi şərait yaradılıb. 2010-cu ildə xırda problemlər olub, internet yox idi. İndi hər 2 mərtəbədə internet xidməti, eləcə də bütün otaqlarda televizor var. Kompleks daimi isti-soyuq su ilə də təchiz olunub. Bakıdakı Olimpiya Mərkəzində olan bütün şərait burada da var. İndi onların istəyi nədir, mən başa düşə bilmirəm. Onların hər hansı etirazları olsa, biz onda münasibət bildirərik. Ancaq bu gün “Qarabağ” komandasının yerli İcra Hakimiyyətinə heç bir iradı yoxdur, bizim də onlara iradımız yoxdur”.Qeyd edək ki, 3 ildir “Qarabağ” futbol klubu ev oyunlarını Ağdamın Quzanlı qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində keçirib. Kompleksdə futbolçular üçün tam şərait də yaradılıb. Futbolçular 3 nəfərlik otaqlarda qalıb. Otaqlarda peyk antenasına qoşulan televizor, daimi sürətli internet xətti var.Otaqlarda temperaturun tənzimlənməsi, yəni qızdırılması və soyudulması mərkəzləşdirilmiş sistem vasitəsilə həyata keçirilir. Kompleksdəki qapalı idman zalı da futbolçuların istifadəsində olub. 2000 nəfərlik meydançada müasir tipli oturacaqlar, elektron tablo quraşdırılıb.“Qarabağ”ın ev oyunlarını Quzanlıda keçirməkdən imtina etməsinin bir səbəbi də meydançanın ot örtüyü ilə bağlıdır. Həqiqətən də, ilk baxışdan görünürdü ki, meydançanın ot örtüyündə problemlər var.Ağdam Olimpiya Kompleksinin direktoru Vaqif Balakişiyevin sözlərinə görə, müqaviləyə əsasən, meydançanın ot örtüyünə klubun öz mütəxəssisləri qulluq etməli idi və Quzanlıdakı meydança indiyə qədər ən pis halda hakimlər tərəfində 4 balla qiymətləndirilib.“Qarabağ” klubunun icraçı direktoru Əmrah Çəlikəl Quzanlıda oynamamalarının səbəbini yenə şəraitsizliklə əlaqələndirir. İcraçı direktor birinci səbəb kimi, meydançanın vəziyyətini səbəb gətirir.Qeyd edək ki, Qarabağ klubu bu mövsüm birinci stadion kimi Tofiq Bəhramov adına Mərkəzi Arenanı, ikinci kimi isə Suraxanı qəsəbə stadionunu göstərib.

OXŞAR XƏBƏRLƏR