AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarının rəsmi media tərəfdaşı oldu - FOTOLAR

AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarının rəsmi media tərəfdaşı oldu - FOTOLAR
MEDIA
16:42 15.12.2016
1431

 

Dekabrın 15-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİSGOC) arasında rəsmi media tərəfdaşlığı haqqında müqavilə imzalanıb.

Müqaviləni AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov və AİSGOC-un korporativ direktoru Elçin Səfərov imzalayıblar.

Əməkdaşlıq müqaviləsinə əsasən, AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarının loqosunu və "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Rəsmi Xəbər Agentliyi” nişanını öz xəbərlərində, foto və videomateriallarında istifadə etmək və yayımlamaq hüququ əldə edir. AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə işıqlandırmaq və təbliğ etmək üçün təcrübəli idman jurnalistlərini, həmçinin fotomüxbir və operatorlarını cəlb edəcək. Agentliyin Oyunlarla bağlı informasiyaları oxuculara 7 dildə, videoxəbərləri isə Azərbaycan və ingilis dillərində təqdim olunacaq. Oyunlarla bağlı bütün xəbərlər AZƏRTAC-ın saytında "Bakı-2017” bölməsində yerləşdiriləcək. Eyni zamanda, AZƏRTAC yarışlarda iştirak edən yerli və xarici idmançılar haqqında materiallar, yarışlardan reportajlar hazırlayacaq.

İmzalanma mərasimindən sonra AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov və AİSGOC-un korporativ direktoru Elçin Səfərov mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.

Baş direktor Aslan Aslanov müqavilənin əhəmiyyəti barədə suala cavabında bunun agentliyin həyatında daha bir əlamətdar hadisə olduğunu bildirib. Diqqətə çatdırıb ki, AZƏRTAC ötən il dünya idman tarixində ilk dəfə keçirilən birinci Avropa Oyunlarını, bu ilin iyununda Formula-1 Avropa Qran-prisini, sentyabrda 42-ci Ümumdünya Şahmat Olimpiadasını yüksək səviyyədə işıqlandırıb və bu sahədə lazımi təcrübə əldə edib.

"Dünyanın 130-dan çox ölkəsinin xəbər agentlikləri ilə səmərəli əməkdaşlıq əlaqələri quran AZƏRTAC ötən ay Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına – OANA-ya sədrliyə başlayıb və hazırda həmin qurumların saytlarını idarə edir. Agentliyimizin sahib olduğu bütün bu imkanlar və resurslar IV İslam Həmrəyliyi Oyunlarının dünya miqyasında geniş təbliği işində mühüm rol oynayacaq. AZƏRTAC dünyanın 57 ölkəsindən 5 mindən çox idmançının mübarizə aparacağı IV İslam Həmrəylik Oyunlarını yüksək səviyyədə işıqlandırmaq üçün bütün yaradıcı və texniki potensialını səfərbər edəcək”, - deyə Baş direktor Aslan Aslanov vurğulayıb.

IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov nəinki Azərbaycanda, həm də beynəlxalq səviyyədə etibarlı xəbər mənbəyi kimi tanınan AZƏRTAC-ın "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi media tərəfdaşı olmasından məmnunluğunu bildirib. Qeyd edib ki, bu əməkdaşlıq "Bakı-2017”nin, həmçinin Oyunların Azərbaycana verəcəyi faydaların təbliği baxımından möhtəşəm platforma olacaq.






OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ölkədə vəba epidemiyası elan edilib
20:42 27.06.2026
Bu ölkədə vəba epidemiyası elan edilib
Fərman Həsənov UFC-də qələbə qazanıb
20:35 27.06.2026
Fərman Həsənov UFC-də qələbə qazanıb
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
20:26 27.06.2026
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
20:14 27.06.2026
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
19:49 27.06.2026
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
19:46 27.06.2026
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
19:32 27.06.2026
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
19:22 27.06.2026
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
19:16 27.06.2026
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
19:14 27.06.2026
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
19:09 27.06.2026
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
19:04 27.06.2026
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
18:57 27.06.2026
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
18:53 27.06.2026
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
18:50 27.06.2026
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
Əfqanıstanda güclü zəlzələ oldu
18:46 27.06.2026
Əfqanıstanda güclü zəlzələ oldu