“Azəryolservis” açıq havada təmir işlərini məhdudlaşdırdı

“Azəryolservis” açıq havada təmir işlərini məhdudlaşdırdı
Bütün Xəbərlər
15:47 04.08.2015
915
“Fasilə elan olunub”.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC müşahidə edilən isti hava şəraiti ilə əlaqədar açıq havada təmir-bərpa işlərinin həyata keçirilməsini dayandırıb.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a bildirib ki, davam edən istilərlə əlaqədar olaraq iş prosesində fasilələr müəyyənləşdirilib.
“İş prosesi əsasən açıq havada olduğundan, “Azəryolservis” ASC tabeliyində olan yol istismar idarələrinə tapşırılıb ki, saat 08:00-dan 12:00-dək və 18:00-dan 21:00-dək iş prosesi keçirilsin. Saat 12:00-dan 18:00-dək fasilə elan olunub. İş qrafiki ancaq isti havalarla əlaqədar tətbiq edilib”, - A.Nəcəfli qeyd edib.
OXŞAR XƏBƏRLƏR