Aznews.info 1 yaşını qeyd edir - VİDEO

Aznews.info 1 yaşını qeyd edir - VİDEO
MEDIA
23:20 13.02.2014
1618

Bugün AZNEWS.INFO xəbər portalının 1 yaşı tamam olur

Bu haqda sayta yazılıb: Artıq 1 ildir ki, Azərbaycan internet mediasında AzNews.info da addımlamağa başlayıb. Bu 1 il ərzində bizi izləyən və izləməyən hər bir kəsə, xüsusilə də daimi oxucularımıza bizi seçdiklərinə görə təşəkkür edirik. Bundan sonra da sizin etimadınızı doğrultmaq üçün əlimizdən gələni etməyə davam edəcəyik!

Qeyd edək ki, “AZNEWS.INFO” informasiya portalı 2013-cu il fevralın 13-də Orxan Səfərlinin təşəbbüsü ilə yaradılıb. Saytın redaktoru Mircavad Fatullayevdir.

AZNEWS.INFO internet qəzeti tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə yanaşı dünyada baş verən ən aktual xəbərlər portalda yayımlanır. Bundan basqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. İnternet qəzet siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır

AZNEWS.INFO kollektivi Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını aktiv əməkdaşlığa dəvət edir.

Həmkarlarımızı təbrik edirik:

OXŞAR XƏBƏRLƏR