Azovda PUA hücumunda ölən azərbaycanlıların cənazələri ölkəyə gətirildi

Azovda PUA hücumunda ölən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
SOSİAL
21:40 10.06.2026
118
Azovda PUA hücumunda ölən azərbaycanlıların cənazələri ölkəyə gətirilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatı hücumu nəticəsində həlak olmuş 4 nəfər Azərbaycan vətəndaşının nəşləri 10 iyun tarixində Vətənə gətirilib.

"Faciə nəticəsində həlak olmuş həmvətənlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - XİN-dən bildirilib.
OXŞAR XƏBƏRLƏR