''Azparking''ə əlavə edilən yeniliklər nələrdir? - VİDEO

SOSİAL
22:49 28.06.2026
254
Parklanma üçün uzun prosedurlar və əlavə addımlar artıq minimuma endirilir... Mobil tətbiq üzərində parklanma qaydalarında dəyişikliklər edilib...

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən xəbərinə görə, Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Orucov deyir ki, ''Azparking'' mobil tətbiqinin yenilənmiş versiyasında qeydiyyat prosesi sadələşdirilib, gündəlik istifadə üçün yeni funksiyalar aktivləşdirilib. Tətbiqdə xəritə əsaslı istifadə imkanları da genişləndirilib.

AYNA rəsmisi deyir ki, bu yeniliklər istifadəçilərdən daxil olan müraciətlər və gündəlik istifadə təcrübəsinin təhlili əsasında hazırlanıb. Tətbiq üzərində sonradan ödəniş, yəni parklanmanı sonlandıranda, 15 dəqiqə, 1-və 15 saatlıq parklanma rejmini seçmək mümkündür. Sonradan ödəniş istisina edilməklə, digər vaxt seçimi zamanı ödəniş dərhal çıxır. O ki, qaldı 1 və ya iki saatlıq müddət seçminə bu əvvəlki kimi tənzimlənir. Yəni vaxt bitdikdə onu təkrar yeniləmək lazımdır. Hətta, bunu bildirən sms də tətbiq vasitəsi ilə sürücünü xəbərdar edir.

OXŞAR XƏBƏRLƏR