Adı “MTN işi”ndə hallanan və barəsində3 ay müddətinə həbs qətimkan tədbiriseçilən “Aztelekom” MMC-nin sabiq baş direktoru Məmməd Məmmədovun yaxın adamları haqqında maraqlı məlumatlar daxil olub.
AZXEBER.COM-un elektron ünvanına daxil olan məlumatda, külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinən M.Məmmədovun tələbə yoldaşı Lənkəran telekommunikasiya şöbəsinin müdiri Gülağa Şıxaliyev də böyük korrupsiya çirkabına bulaşdığı qeyd edilib.
Redaksiyamıza daxil olan məktubda, G.Şıxaliyevin M.Məmmədova arxalanaraq dövlət əmlakını küllü miqdarda mənimsədiyi deyilir. Belə ki, o dövlət əmlakı olan mis və fıbrotik kabellərinin satışından iki milyonadək gəlir əldə edibmiş.
Bundan başqa məktubda Gülağa Şıxaliyevin “Aztelekom”un həbsdə olan sədri M.Məmmədovla əlbir olaraq il ərzində “Aztelekom” MMC-yə 30 milyona yaxın daxil olan investisiya vəsaitlərini peşakarlıqla mənimsədiyi bildirilib.
Nəzərdə tutulmayan tikinti xərcləri və dövlət əmlakının satışından əldə edilən vəsaitin 60%-i M.Məmmədova, 40%-i isə yerli şöbələrin payına düşürmüş.
Məktubda eyni zamanda G.Şıxaliyev dövlət vəsaiti hesabına ayrılan mis naqilləri dəmir qarışığı olan aliminum naqillərlə əvəz etdiyi qeyd edilib. Mis naqillər isə ucuz qiymətə qeyri-qanuni yolla satışa çıxardılırmış. Rayonda bu işlərə rəhbərliyi Ağamir Hüseynov adlı şəxs edirmiş. Əldə edilən əsas gəlir isə adiyyatı üzrə Gülağa Şıxaliyevə çatdırılırmış.
Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.