AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir

AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir
SOSİAL
12:35 20.04.2026
382
Azərbaycan Dövlət Teleradio Verilişləri QSC-də bəzi şöbələrin birləşdirilməsi ilə bağlı struktur dəyişiklikləri həyata keçirilir.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, əsas məqsəd daha kompakt və effektiv idarəetmə sisteminin formalaşdırılmasıdır.
Məsələ ilə bağlı qurumdan bildirilib ki, həm administrativ, həm də yaradıcılıq istiqamətlərində format dəyişikliyi aparılır.
Qeyd olunub ki, aparılan islahatlar çərçivəsində bəzi şöbələr digər şöbələrlə birləşdirilir və daha güclü kadr potensialının formalaşdırılmasına üstünlük verilir.
Bildirilib ki, müasir dövrün tələbləri 10-20 il əvvəlkindən ciddi şəkildə fərqlənir.
Qurumdan əlavə olunub ki, ictimaiyyətin maarifləndirilməsi, məlumatlandırılması, mədəni təfəkkürün inkişafı və idmanın faydalarının təbliği kimi əsas istiqamətlər daha da inkişaf etdiriləcək.
"Bu dəyişikliklər nəticəsində izləyicilərə daha maraqlı və keyfiyyətli kontent təqdim olunacaq”, – deyə məlumatda vurğulanıb.
OXŞAR XƏBƏRLƏR