AZXEBER.COM xəbər verir ki, vətəndaşların sözlərinə görə, eskalatorun işləməməsi gündəlik hərəkəti çətinləşdirir.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, Dövlət proqramına uyğun olaraq, müxtəlif səviyyəli piyada keçidlərində nasaz eskalatorların, liftlərin və elektrik pandusların təmiri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılacaq.
Promblemin nə vaxt həll olunacağı ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Qurumdan bildirildi ki, hazırda Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan sözügedən eskalator və mexanizmlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yenilənərək balansa qəbul ediləcək.
Daha ətraflı "Xəzər TV”nin süjetində:











































