AzTV-dən hücumlara reaksiya gəldi

AzTV-dən hücumlara reaksiya gəldi
MEDİA
14:58 23.02.2012
2306
“Azərbaycan Televiziya və Radio” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) qurumun internet saytına kiber hücumla bağlı rəsmi açıqlama verib. Telekanalın mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova APA-ya bildirib ki, kiber hücum fevralın 22-də saat 23.30-da baş verib. Saat 00.15-də isə saytın fəaliyyəti bərpa olunub. Hazırda “İdman Azərbaycan”ın saytının bərpası üzərində iş davam etdirilir: “Qısa müddətdə saytın bu bölməsinin də fəaliyyəti bərpa olunacaq”. X. Qasımova hadisənin hansı qüvvələr tərəfindən təşkil edildiyinin araşdırıldığını da qeyd edib. Qeyd edək ki, kiber hücum zamanı cəmiyyətin www.aztv.az saytının “Azərbaycan Televiziyası”, “İdman Azərbaycan” və “Mədəniyyət tv”nin bölmələrinin fəaliyyətində problem yaranıb.
OXŞAR XƏBƏRLƏR