AZXEBER.COM xəbər verir ki, o, aznews.az-a açıqlamasında oğlunun intiharı ilə bağlı yayılan məlumatı təsdiq edib: “Bəli, təəssüf ki, belə bir hadisə baş verib. Amma indi bu barədə geniş danışa bilmirəm, sonra danışarıq. Məclisdəyəm, işdi də olub".
Qeyd edək ki, bu barədə məlumatı “publika.az” yayıb. Məlumata görə, Şahismayıl Şəmmədoğlunun Qardabani rayonunda yaşayan oğlu özünü tapançayla vurub. Onun bundan əvvəl valideynlərinə mesaj yazdığı bildirilir. İntiharın səbəbləri məlum deyil. Hadisə baş verən gün gəncin valideynləri Bakıda olublar. İntihar edən şəxs Türkiyədə təhsil alırmış.
Xatırladaq ki, Şahismayıl Şəmmədoğlubir neçə il əvvəlGürcüstan prezidentinin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülüb