Azxeber.com xəbər portalı 2010-cu il aprel ayının 13-də fəaliyyətə başlayıb. Portalda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır. Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin ciddi mətbu orqanları tərəfindən istinad olunur. Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com həm də intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır.
Portalın baş redaktoru Hacıbəy Heydərlinin dediyinə görə, Azxeber.com informasiya portalı "Facebook" sosial şəbəkəsində ən çox üzvü olan ana-dilli saytdır. Portalın sosial şəbəkədə 165 mindən çox bəyənəni var.
Azxeber.com xəbər portalı jurnalistlər Əfsələddin Ağalarov və Hacıbəy Heydərli təşəbbüsü ilə yaradılıb.AZXEBER.COM











































