Portal “İrəli” İctimai Birliyi tərəfindən təltif olundu
22 iyul – Milli Mətbuat Günündə AZXEBER.COM daha bir mükafata layiq görülüb.
“İrəli” İctimai Birliyi tərəfindən təltif olunan portal Azərbaycanda gənclər siyasətinin ardıcıl olaraq KİV-də işıqlandırılmasındakı xidmətlərinə görə, mükafata layiq görülüb.
Xatırladaq ki, bu Milli Mətbuat Günündə portalın aldığı ilk mükafat deyil və AZXEBER.COM bundan öncə Azərbaycan Gənclər Fondu, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi, QHT Əməkdaşlıq Alyansı, Azerfon şirkəti və digər qurumlar tərəfindən mükafatla təltif edilib.