• Müsabiqə "AZXEBER.COM" xəbər portalınln rəsmi Facebook səhifəsində keçiriləcək.
• Qaliblər hər bir mövzu üzrə Facebook istifadəçiləri tərəfindən edilən “like” sayına görə müəyyən olunacaq.
• İştirakçılar müsabiqəyə yalnız 1 məqalə ilə qatıla bilər • Müsabiqədə iştirak üçün təşkilatçılar tərəfindən müəyyən edilmiş zaman müddətinda aşağıdakı məlumatlar “Müsabiqə” başlığı altında [email protected]/* */ ünvanına göndərilməlidir:1. İştirakçının ad və soyadı2. Fotoşəkili (.jpg formatında)3. Məqalənin adı 4. Əlaqə vasitələri (tel, e-mail, facebook account)• İştirakçıların müraciəti təşkilat komitəsi tərəfindən nəzərdən keçirildikdən sonra müsabiqəyə buraxıla və ya müsabiqədən kənarlaşdırıla bilər.• Səsvermə müddəti boyunca iştirakçılar öz işlərinin sosial şəbəkə və internet resurslarında təbliğ olunmasında tam sərbəstdirlər.• Müsabiqə müddətində azad rəqabət qaydalarının pozulması və bu kimi neqativ hallar aşkarlandığı zaman həmin iştirakçınını işləri xəbərdarlıq edilmədən müsabiqədən kənarlaşdırılacaq.• Bu yarışma və təbliğat hər hansı şəkildə Facebook tərəfindən sponsorluq və idarə edilmir.• Hər hansı fikir ayrılığı zamanı təşkilatçılar son qərarı vermək haqqını özlərində saxlayırlar.• Müsabiqədə jurnalistikaya marağı olan hər kəs iştirak edə bilər.Məqalənin məzmununa dair tələblər:Məqalə Azərbaycan dilində təqdim olunmalıdır (xarici dildə yazılan məqalələr azərbaycan dilinə tərcümə edilərək təqdim olunmalıdır); Məqalədə əhatə olunan məsələlər və onların həlli yolları aydın ifadə edilməlidir; Müəllif məqalədə öz mülahizələrini və ideyalarını ifadə edə bilər; Müəlliflik hüquqlarının gözlənilməsi və müvafiq istinadların edilməsi vacibdir.Mükafat fondu:1. Müsabiqənin qalibi – AZXEBER.COM portalından fəxri diplom, AZXEBER.COM portalında iş (müxbir vəzifəsində) və regionda keçiriləcək 3 günlük jurnalistika təlimində pulsuz iştirak2. II yerin sahibi – AZXEBER.COM portalından diplom, AZXEBER.COM portalında 1 aylıq staj və “Jurnalistika və mən” adlı pulsuz fotosesiya3. III yerin sahibi - AZXEBER.COM portalından diplom, AZXEBER.COM portalında 15 günlük stajMüsabiqə barədə yenilikləri rəsmi Facebook səhifəmiz və Twitter hesabımızdan izləyə bilərsiniz. Bütün iştirakçılara uğurlar arzu edirik.